XƏBƏRLƏR

III ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

İxtisas seçimində diqqətli və ehtiyatlı davranmaqseçim etmək lazımdır.

III yazı

Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanları yekunlaşıb, abituriyentlərin imtahan nəticələri bəlli olub. DİM tərəfindən verilən məlumata əsasən ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2025-ci il avqustun 11-dən 19-dək in­ter­­net vasitəsilə aparılacaqdır. DİM valideyn və abituriyentlər üçün ixtisas seçimi zamanı faydalı olacaq statistik məlumat kitabçaları, ötən ilki keçid balları üzrə xüsusi buraxılış və jurnallar nəşr etmişdir. Bütün bunlardan istifadə edərək, Kaspi Təhsil Şirkətinin ekspertləri ixtisas qrupları üzrə cari vəziyyəti analiz edib, ötən ilki məlumatlarla müqayisə aparıb, valideyn və abituriyentlərin seçim zamanı diqqət yetirməli olduqları vacib məqamları müəyyənləşdirib. İxtisas seçimi olduqca ciddi və məsuliyyətli bir mərhələdir. Burada diqqətli və ehtiyatlı davranmaq, seçim etmək lazımdır.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a ixtisas seçimi ilə bağlı vacib məqamlardan danışdı:

III ixtisas qrup üzrə abituriyentlərin imtahan nəticələrinin analizi və müqayisəsi

Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 10538 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1245 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 1775 nəfər, ümumilikdə tələbə qəbulu planı 13558 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 3953 nəfərdir.

Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 1325 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 275 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 425 nəfər, ümumilikdə tələbə qəbulu planı 2025 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 210 nəfərdir.

Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 11863 nəfər, rus bölməsi üzrə tələbə qəbulu planı 1520 nəfər, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 nəfər, ümumilikdə tələbə qəbulu planı 15583 nəfər təşkil edir, o cümlədən dövlət sifarişi isə 4163 nəfərdir.

İmtahan nəticələrinə əsasən ümumi Dil-Tarix (DT) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 19995 abituriyent - Azərbaycan bölməsi üzrə 18170 nəfər  və rus bölməsi üzrə 1825 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 24087 abituriyent - Azərbaycan bölməsi üzrə 21696 nəfər və rus bölməsi üzrə 2391 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələrinə əsasən ümumi Tarix-Coğrafiya (TC) altqrupu üzrə balı 200-dən və imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan 4881 abituriyent - Azərbaycan bölməsi üzrə 4174 nəfər  və rus bölməsi üzrə 707 nəfər; ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan 7620 abituriyent - Azərbaycan bölməsi üzrə 6366 nəfər və rus bölməsi üzrə 1254 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Aşağıdakı məqamlara diqqət yetirin:

1) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 29 nəfər artırılmış, rus bölməsi üzrə 120 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 85 nəfər azaldılmış, cəmi tələbə qəbulu planı 64 nəfər artırılmışdır.

2) Ötən il – 2024-cü ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 20 nəfər azaldılmış, rus bölməsi üzrə 10 nəfər azaldılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 90 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 60 nəfər artırılmışdır.

3) Ötən il – 2024-cü il ilə müqayisədə Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna ÜMUMİLİKDƏ (DT+TC altqrupuları üzrə birlikdə) Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı 9 nəfər artırılmış, rus bölməsi üzrə 110 nəfər artırılmış, hər iki bölmənin birgə müsabiqəsi üzrə 41 nəfər artırılmış, cəmi tələbə qəbulu planı 124 nəfər artırılmışdır.

4) Ötən il – 2024-cü il ilə müqayisədə Dövlət Sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 115 nəfər azaldılmış, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 40 nəfər azaldılmış; və ümumilikdə 155 nəfər azaldılmışdır.

III ixtisas qrup üzrə seçim zamanı valideyn və abituriyentlərə tövsiyələr

1) Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Dil-Tarix (DT) altqrupu üzrə tələbə qəbulu planı 13558 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 19995 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 24087 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 6437 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 10529 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Dil-Tarix (DT) altqrupu üzrə 320-330 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.

Respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Tarix-Coğrafiya (TC) altqrupu üzrə tələbə qəbulu planı 2025 nəfər olduğu halda, müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı 4881 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 7620 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər təşkil edir. Bu da o deməkdir ki, bütün abituriyentlər ixtisas seçimi edərkən, diqqətli və ehtiyatlı davranmalıdırlar, çünki ümumilikdə abituriyentlərin sayı plan yerlərinin sayından 2856 (imtahanın 2-ci mərhələsi üzrə 100 baldan az olmayan) / 5595 (imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan) nəfər çoxdur. Bu olduqca böyük bir rəqəmdir. Tarix-Coğrafiya (TC) altqrupu üzrə 350-360 baldan aşağı nəticə göstərən abituriyentlər ixtisas seçimində çox diqqətli olmalıdır.

2) Dövlət sifarişi üzrə tələbə qəbulu planı Dil-Tarix (DT) altqrupu üzrə 3953 nəfər təşkil edir. Bu da o deməkdir ki, 490-500 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 3927 abituriyent 500 baldan yuxarı və 4338 abituriyent 490 baldan yuxarı nəticə göstərmişdir.

Dövlət sifarişi üzrə tələbə qəbulu planı Tarix-Coğrafiya (TC) altqrupu üzrə 210 nəfər təşkil edir. Bu da o deməkdir ki, 510-520 baldan yuxarı nəticə göstərən abituriyentlər ixtisas seçimində Dövlət Sifarişini qeyd edə biləcəklər, çünki ümumilikdə 212 abituriyent 510 baldan yuxarı nəticə göstərmişdir.

Əlbəttə balı daha yüksək olan abituriyentlər seçim zamanı 15 mümkün yerdən daha çoxuna Dövlət sifarişi qeyd edə bilər, lakin balı nisbətən aşağı olan abituriyentlər isə diqqətli davranmalıdırlar, onlar seçim zamanı ödənişli əsaslara daha üstünlük verməlidir.

3) Dil-Tarix (DT) altqrupu üzrə 490-500 baldan aşağı, Tarix-Coğrafiya (TC) altqrupu üzrə 510-520 baldan aşağı nəticə göstərən abituriyentlər ödənişli əsasları seçə bilər.

4) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə müqayisədə Dil-Tarix (DT) altqrupunda:

  • Azərbaycan bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında olduqca ciddi say artımı var. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 29 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, Azərbaycan bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında artım baş verəcəkdir, ona görə də seçim zamanı abituriyentlər ötən ilki keçid ballarından 5-10 bal yüksək yerləri yaza bilər, lakin daha çox öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdırlar.
  • Rus bölməsi üzrə 400-700 bal aralıqlarında abituriyentlərin sayında bir qədər azalma var, lakin 200-399 bal aralıqlarında isə xeyli say artımı var.  Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 120 nəfər artıb. Bu da abituriyentlərin xeyrinə olan bir amildir. Bu isə o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında – 400+ ballarda 10-20 bal enmə baş verəcək, lakin orta və aşağı keçid ballarında 40-50 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 400-450 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 10-20 bal yuxarı yerləri yaza bilər, lakin bu il qəbul imtahanında 350-400 baldan aşağı nəticə göstərən abituriyentlər öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdır.
  • Həm Azərbaycan, həm də rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında saylarında da xeyli azalma var. Lakin daha yüksək bal toplayan abituriyentlərin sayı çox olduğu üçün və onlar da bu kateqoriyaya aid abituriyentlər üçün ciddi rəqabət yaratdıqları üçün abituriyentlər seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.

5) Bal aralıqlarına diqqət yetirsək görəcəyik ki, ötən il – 2024-cü il ilə Tarix-Coğrafiya (TC) altqrupunda:

  • Azərbaycan bölməsi üzrə bütün bal aralıqlarında abituriyentlərin sayında xeyli artım var, xüsusilə də 200-499 bal aralığında ciddi artım var. Bu da o deməkdir ki, yüksək keçid balları dəyişəcəkdir və artacaq; ona görə də seçim zamanı diqqətli olmaq lazımdır. Eyni zamanda, Azərbaycan bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 20 nəfər azalıb. Ona görə də seçim zamanı abituriyentlər öz ballarından 5-10 bal yüksək yerləri yaza bilər, lakin daha çox öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdır.
  • Rus bölməsi üzrə 450-700 bal aralıqlarında abituriyentlərin sayında cüzi azalma var, lakin 200-449 bal aralıqlarında isə xeyli say artımı var.  Eyni zamanda, rus bölməsi üzrə tələbə qəbulu planı da ötən il – 2024-cü il ilə müqayisədə 10 nəfər azalıb. Bu da o deməkdir ki, rus bölməsi üzrə seçim zamanı ötən ilki keçid ballarında – 450+ ballarda 5-10 bal enmə baş verəcək, lakin orta və aşağı keçid ballarında 40-50 bal yüksəlmə olacaq. Ona görə də seçim zamanı bu il qəbul imtahanında 450-500 baldan yuxarı nəticə göstərən abituriyentlər öz ballarından 10-20 bal yuxarı yerləri yaza bilər, lakin bu il qəbul imtahanında 400-450 baldan aşağı nəticə göstərən abituriyentlər öz ballarına yaxın və daha aşağı balları yazmalıdırlar və seçimdə çox diqqətli olmalıdır.
  • Həm Azərbaycan, həm də rus bölmələrində ümumi balı 150-dən və imtahanın 2-ci mərhələsi üzrə 50 baldan az olmayan abituriyentlərin bal aralıqlarında saylarında da çox ciddi bir artım var. Ona görə də seçim zamanı olduqca diqqətli olmaq lazımdır və daha çox ödənişli ixtisaslar seçmək zəruridir.

6) Dil-Tarix (DT) altqrupu üzrə 320 baldan aşağı, Tarix-Coğrafiya (TC) altqrupu üzrə isə 350 baldan aşağı nəticə göstərən abituriiyentlər seçimləri zamanı çox diqqətli olmalıdırlar. Belə ki, onların ali təhsil müəssisələrinə qəbul ola bilməmək kimi ehtimalı çox yüksəkdir. Çünki Dil-Tarix (DT) altqrupu üzrə ümumi qəbul planı 13558 nəfər olduğu halda, 13566 nəfər abituriyent 320 baldan yuxarı nəticə göstərmişdir; Tarix-Coğrafiya (TC) altqrupu üzrə isə ümumi qəbul planı 2025 nəfər olduğu halda, 2092 nəfər abituriyent 350 baldan yuxarı nəticə göstərmişdir.

Kaspi.edu.az

12.08.2025