Kaspi Liseyinin məzunu "İmperial College London"u qazandı
İbrahim Valehli öz uğur hekayəsini yazmağa davam edir!
Kaspi.edu.az böyük qürur və fərəh hissi ilə bildirir ki, Kaspi Liseyinin məzunu İbrahim Valehli Londonun aparıcı universitetlərindən olan “Imperial College” Universitetində təhsil alacaq. Məzunumuz Müvafiq Seçim Qaydalarının şərtlərinə əsasən Beynəlxalq Fənn Olimpiadalarının qalibi kimi Dövlət Proqramına qəbul zamanı müsahibə mərhələsindən azad olunub və birbaşa təqaüdçü statusunu qazanıb. İ.Valehli dünyaca məşhur universitetdə Aviasiya və Kosmos mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək.

Qeyd edək ki, bu uğur həm Kaspi Liseyi ailəsinin, həm də Azərbaycanın elm və təhsil yolunda qazandığı böyük bir nailiyyətdir!
.jpg)
Kaspi Təhsil Şirkəti məzunumuz İbrahim Valehlini təbrik edir və ona yeni nailiyyətlər arzulayır!
Kaspi.edu.az