XƏBƏRLƏR

Qabiliyyət imtahanları davam edir

37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib.

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın)  iştirakı nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar  iyunun 20-də başlanıb və avqust  11-də  yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan  xüsusi buraxılışlarında verilib.

Kaspi.edu.az

 

 

05.08.2025