Blok imtahanlarında yüksək nəticələrin ünvanı
Abituriyentin arzusunu reallığa çevirən uğur mərkəzi
Məqsəd – Universitet! Uğur – Kaspi Abituriyentlə mümkündür!
Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin əsas mərhələsi olan blok imtahanları abituriyentlərin fənn biliklərini və akademik hazırlıq səviyyəsini yoxlayan ən son və əhəmiyyətli sınaqdır. Bu sınaqda fərqlənmək doğru metodika, strateji planlaşdırılmış hazırlıq, peşəkar yönləndirmə və psixoloji dəstək tələb olunur. Məhz bu səbəbdən Kaspi Abituriyent hazırlığı kursları hər il yüzlərlə abituriyentin arzusunu reallığa çevirən bir uğur mərkəzinə çevrilib.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a Blok imtahanlarının məzmunu və qiymətləndirmə sistemi, həmçinin qazanılan uğurlu nəticələr haqqında danışır:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan blok imtahanları 4 əsas blok üzrə keçirilir:
- I Blok – Riyaziyyat-Kimya (RK) altqrupu üzrə Riyaziyyat, Fizika, Kimya fənləri və Riyaziyyat-İnformatika (Rİ) altqrupu üzrə Riyaziyyat, Fizika, İnformatika fənləri daxildir.
- II Blok – Riyaziyyat, Coğrafiya, Tarix fənləri daxildir.
- III Blok – Dil-Tarix (DT) altqrupu üzrə Azərbaycan dili, Tarix, Ədəbiyyat fənləri və Tarix-Coğrafiya (TC) altqrupu üzrə Azərbaycan dili, Tarix, Coğrafiya fənləri daxildir.
- IV Blok – Biologiya, Kimya, Fizika fənləri daxildir.
Hər abituriyent seçdiyi ixtisasa uyğun olaraq blok imtahanına hazırlaşır. İmtahan test formatında keçirilir və ümumi nəticə 400 ballıq sistem üzrə qiymətləndirilir. Bu ballar tələbənin ixtisas seçimi və qəbul şansı üçün həlledici rol oynayır.
Kaspi Abituriyentdə hazırlıq modeli: Blok imtahanlarına sistemli və strateji yanaşma
Kaspi Abituriyent Kurslarında blok imtahanlarına hazırlıq məzmun, metodika və motivasiya baxımından 3 əsas istiqamətdə həyata keçirilir:
- Fənn üzrə dərindən və analitik hazırlıq: məzmunun abituriyentlərimizə əzbərlədilmədən, anlama və tətbiqetmə üzərindən mənimsədilməsini təmin edirik.
- Davamlı ölçmə-qiymətləndirmə və nəticələrin analizi: mütəmadi keçirilən sınaq imtahanlarımız vasitəsilə tam qəbul imtahanı simulyasiyaları təşkil edir və abituriyentlərimizin inkişaf dinamikasını izləyirik.
- Strategiya və zaman idarəetməsi: Blok imtahanlarında test tapşırıqlarının abiturientlərimiz tərəfindən düzgün cavablandırılması qədər onların zamanın idarə olunması bacarığının formalaşdırılması da önəmlidir. Bu məqsədlə abituriyentlərimizə imtahan strategiyaları və taktikalarını da öyrədirik.
Uğur statistikası: Kaspi Abituriyentdə nəticələr danışır
2024–2025-ci tədris ilində Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan abituriyentlərimiz də Blok imtahanlarında iştirak edib, onların 51 nəfəri 300 baldan yuxarı nəticə göstərib. Bu nəticələr yalnız abituriyentlərin deyil, həm də müəllimlərimizin peşəkar bacarıqlarının və Kaspi Abituriyentin tədris metodlarının uğurlu olmasının göstəricisidir.
Xüsusilə vurğulamaq lazımdır ki:
- Orta bal nəticəsi 288 baldır.
- Onlarla abituriyentin Blok imtahanlarının müxtəlif fənləri üzrə maksimal nəticə - 100% nəticə göstərib.
İlk 20-liyə daxil olan abituriyentlərimizi sizlərə təqdim edirik:
|
Abituriyentin adı |
Abituriyentin soyadı |
Topladığı Bal |
|
Nurgül |
Ədilova |
387 |
|
Könül |
Mirzəliyeva |
386 |
|
İradə |
Süleymanlı |
381 |
|
Elnurə |
Ədilova |
381 |
|
Tükəzban |
Zalova |
378 |
|
Eyyub |
Əzizov |
377 |
|
Selcan |
Ağazadə |
376 |
|
Fatimeyizəhra |
Eyvazova |
373 |
|
Sübhanə |
Salikzadə |
371 |
|
Fidan |
Səfərəliyeva |
371 |
|
Nuran |
Ədilzadə |
367 |
|
Onur |
Niyazov |
366 |
|
Nübar |
Zəkəryəyeva |
365 |
|
Aişə |
Sadıqova |
362 |
|
Sənan |
Yunisov |
357 |
|
Kənan |
Aslan |
356 |
|
Əfsanə |
Ağamoğlanlı |
355 |
|
Turan |
Şahvələdov |
353 |
|
Şəfa |
Qurbanova |
353 |
|
Məsud |
Muradov |
351 |
Kaspi Abituriyent hazırlığı sisteminin üstünlükləri
Kaspi Abituriyent kurslarını digərlərindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
- Fənn üzrə ixtisaslaşmış müəllim heyəti – tədris mərkəzlərimizdə hər fənn üzrə ixtisaslaşmış və yüksək nəticə verən təcrübəli müəllimlərimiz çalışır;
- Mütəmadi sınaq imtahanları və nəticə əsaslı tədris – abituriyentlərimizin nəticələrini real zamanlı olaraq izləyir və hər bir abituriyentin ehtiyaclarına uyğun xüsusi yanaşmalar tətbiq edirik;
- Motivasiya və psixoloji dəstək – İmtahan stresinin azaldılması, abituriyentlərin psixoloji dözümlülüyünün artırılması və öz potensiallarına inam hissinin gücləndirilməsi üçün həm abituriyentlər, həm də onların valideynləri ilə birgə çalışırıq;
- Valideyn nəzarəti və dəstəyinin təmin edilməsi – Müntəzəm geribildirimlər və valideynlərlə sıx əməkdaşlıq sayəsində valideynlərin tədris prosesində iştirakına nail oluruq.
Yeni Tədris ili üçün Qeydiyyat davam edir!
2025–2026-cı tədris ili üçün Kaspi Abituriyent hazırlığı kurslarında QEYDİYYAT prosesi artıq başlayıb və aktiv şəkildə davam edir. Kurslarımızda aşağıdakı xidmətlər təklif olunur:
- Azərbaycan və rus bölmələrinin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün Buraxılış və Blok imtahanlarına – universitetlərə qəbul imtahanlarına hazırlıq xidməti
- Azərbaycan və rus bölmələrinin 3-cü, 4-cü, 5-ci, 6-ci, 7-ci və 8-ci sinif şagirdləri üçün fənlər üzrə Məktəbli hazırlıq xidməti
- Azərbaycan və rus bölmələrinin 1-11-ci sinif şagirdləri üçün aylıq sınaq imtahanları
- Rus bölməsinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) tədrisi xidməti
- Xarici dillərin – ingilis və rus dillərinin tədrisi xidməti və danışıq klubları
Erkən qeydiyyatdan keçənlər üçün xüsusi endirim kampaniyaları tətbiq olunur. Bundan əlavə, xüsusi imtiyazlı şəxslər – şəhid, qazi və müharibə veteranlarının övladları, bir ailədən 2 və daha çox şəxslər, dostları ilə birlikdə gələnlər və digər vətəndaşlar üçün müxtəlif güzəştlər mövcuddur.
Ətraflı məlumat almaq və Qeydiyyatdan keçmək üçün filiallarımıza müraciət etmək lazımdır.
Filiallarımız
|
Filialın adı |
Əlaqə nömrəsi: |
Ünvan: |
|
Kaspi Elmlər |
(012) 510 70 42 (070) 350 85 38 |
Bakı şəhəri, Mətbuat pr. 25 (Bakı Dövlət Universitetinin arxası) |
|
Kaspi Əhmədli |
(012) 370 74 05 (070) 370 74 05 |
Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı) |
|
Kaspi Xətai |
(012) 480 31 69 (055) 455 17 00 |
Bakı şəhəri, Xocalı küç. 29, Süleyman Vəzirov 11b (Xətai metrosunun arxası) |
|
Kaspi Bayıl |
(012) 581 59 16 (070) 581 59 16 |
Bakı şəhəri, Səbail r, Akademik Ə.Yaqubov 52C, korpus 14, (Su İdmanı Sarayının qarşısındakı binaların 1-ci mərtəbəsi) |
|
Kaspi Mikrorayon: |
(012) 431 42 63 (055) 525 31 32 |
Bakı şəhəri, 4-cü mkr., 20 Yanvar küç. 35 (Qızıl Tac Şadlıq sarayının arxası) |
|
Kaspi Sumqayıt |
(018) 652 22 77 (070) 655 11 49 |
Sumqayıt şəhəri, 6-cı mkr, H.Salayev küç. 31A (Liman klinikasının yaxınlığı, AL marketlə üzbəüz) |
|
Kaspi Gəncə |
(070) 276 01 81 |
Gəncə şəhəri, Azərbaycan Bayrağı küç.124 (Gəncə Dövlət Universitetinin 2-ci korpusun yaxınlığı) |
|
Kaspi Masazır |
(070) 380 49 14 |
Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 1E |
SON SÖZ: Gələcəyin uğuru üçün etibarlı ünvan – Kaspi Abituriyent
Kaspi Abituriyent hazırlığı kursları etibarlı və strateji bir təhsil platformasıdır. Bu platformada hər bir abituriyent özünü tapır, öz yolunu kəşf edir və gələcəyini qurur.
Dəyərli valideynlər!
Övladınızın həyatındakı bu önəmli mərhələdə onun yanında olmaq, onunçün əmin və düzgün bir yol seçmək hər bir valideyn üçün ən böyük məsuliyyətdir. Kaspi Abituriyent olaraq, biz övladlarınızı sizin qədər düşünür, onların uğuru üçün çalışırıq. Çünki biz bu yolu sizinlə birgə gedirik.
Əziz abituriyentlər!
Düşünürsünüz ki, qarşıda sizi böyük imtahanlar, çətin qərarlar və saysız suallar gözləyir. Amma bir məqamı bilin – siz tək deyilsiniz. Müəllimlərimiz, mentorlarımız, psixoloqlarımız və bütün komandamız sizin yanınızdadır.
Qeydiyyatdan keçmək fürsətini qaçırmayın! Bu gün verdiyimiz qərar sabahınızın taleyini müəyyən edir. Unutmayın – hər böyük nailiyyətin başlanğıcı bir doğru addımdan keçir. Kaspi Abituriyentlə birgə addımlayaq, uğura doğru!
.jpg)






Kaspi.edu.az