XƏBƏRLƏR

25.12.2015 "Kaspi" Liseyində Həmrəylik günü tədbiri keçirilimişdir

25.12.2015 –ci il tarixində “Kaspi” Liseyində (Bakıxanov) “Əbədi Beşiyimiz” adı altında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev, Direktor müavinləri Aydın Əliyev, Elşən Əliyev və Əli İsgəndərov , “Kaspi” liseyinin(Bakıxanov) direktoru Tural Əliyev, “Kaspi” liseyinin (Xətai) direktoru Asif Əzizov  iştirak etmişdirlər.

 Tədbirin açılış nitqini söyləyən “Kaspi” təhsil şirkətinin direktoru  Elnur Əliyev ilk öncə tədbirdə iştirak edənləri salamlamışdır.

E.Əliyev bildirdi ki :  “Həmrəylik anlayışının lüğət tərifi , bir qurup insanın bir məqsəd uğrunda , bir maraq uğrunda , birləşməyidir. Dünya Azərbaycanlılarının həmrəyliyi dedikdə isə «Bütün dünyada olan Azərbaycanlıların , Azərbaycan dövləti , Azərbaycan xalqı  onun maraqları, mənafeləri onun gələcəyi uğrunda birgə fəaliyyət göstərməsidir. Fərqi yoxdur o Azərbaycanda yaşayır, Amerikada yaşayır, Türkiyədə yaşayir, hansı ölkədə yaşamağından asılı olmayaraq , bütün dünyada yaşayan azərbaycanlı məsuliyyəti olan hər bir kəsin bizim xalqın, vətənin, milətin maraqları uğrunda birgə mübarizə aparmalı və bu maraqları qorumalıdır » Həmçini Elnur Əliyev qeyd etdi : « Ümümmilli liderimiz  Heydər Əliyev,  Azərbaycan şeirini də kövrələk , gözləri yaşla dolaraq ilk dəfə həmin tədbirdə söyləmişdir hansı ki,ilk dəfə olaraq  bütün tanınmış azərbaycanlıları toplayaraq onları yaşadıqları yerdə belə Azərbaycan dövlətinin, millətinin  maraqlarıni qorumağı tapşırmışdır»

Elnur Əliyev :«Və mən inanıram ki, bizim həmrəyliyimiz daim bizim xalqın , dövlətin birliyi uğrunda , mənafei , maraqları uğrunda olacaqdır» Şagirdlərə isə tövsiyə etdi ki,  «Hər yerdə Azərbaycanı, dövlətinizi , millətinizi və maraqlarını qoruyun. Xaric də olanda belə Azərbaycanı yaxşı mənada təbliğ edin ! Öz ağlınızla , mərdliyiniz ilə, savadınız ilə , qoçaqlığınızla , öz uğurlarınız ilə bu həmrəyliyə daha da uğur qatın»

Tədbirin davamında Liseyin şagirdləri şeir , mahnı , rəqs ifaları ilə çıxış etmişdirlər. Maraqlı səhnəciklər nümayiş etmişdirlər.

Tədbirin sonunda  “Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev çıxış etmişdir, gələn qonaqları salamlamış və hamını Həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik etmişdir.

    
    
    
    
    
    
    

 


    

 



 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

                  

25.12.2015