XƏBƏRLƏR

Kaspi Abituriyent Hazırlığı Kurslarının uğur hekayəsi

Buraxılış imtahanlarında 200+ bal toplayan şagirdlərin nailiyyətləri

İllərin təcrübəsi və uğura doğru atılan addımlar

Azərbaycan təhsil mühitində artıq etibarlı bir brendə çevrilmiş Kaspi Abituriyent Hazırlığı Kursları 20 ilə yaxın fəaliyyəti ərzində minlərlə abituriyentin uğurlu gələcəyinə körpü olub. Kaspi Təhsil Şirkətinin strukturunda fəaliyyət göstərən bu kurslar fənn biliklərinin sistemli şəkildə formalaşdırılması, fərdi inkişafın dəstəklənməsi və universitetlərlə qəbul imtahanlarına yüksək səviyyədə hazırlığın təmin edilməsi istiqamətində nümunəvi model ortaya qoyub. Hər il olduğu kimi, bu il də Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan abituriyentlər Buraxılış imtahanlarında parlaq nəticələr göstərərək, bu sistemin səmərəliliyini bir daha sübut etdilər.

Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayev Kaspi Abituriyentin fəaliyyət modeli və tədris strategiyasının üstünlükləri barədə məlumat verir:

Kaspi Abituriyent hazırlığı kursları müasir təhsil tələblərinə uyğunlaşdırılmış məzmun və metodika ilə fəaliyyət göstərir. Kursun fəaliyyətində aşağıdakı əsas prinsiplər rəhbər tutulur:

  • Fənnlər üzrə dərindən və sistemli hazırlıq: Dövlət İmtahan Mərkəzinin (DİM-in) fənlər üzrə Tədris Proqramları əsasında əsaslı tədris yanaşması tətbiq edirik.
  • Fərdi yanaşma və inkişaf dinamikasının izlənməsi: hər bir şagirdin öyrənmə səviyyəsi və ehtiyacları nəzərə alınır, dərslər şagirdlərin mənimsəməsinə yönəlir.
  • Davamlı sınaqlar və abituriyentlərin nəticələrinin təhlili: müntəzəm keçirilən sınaq imtahanları vasitəsilə abituriyentlərin bilik səviyyəsi və imtahana hazırlıq vəziyyəti ölçülüb qiymətləndirilir, zəif tərəfləri müəyyən olunur və əlavə dərslərlə fərdi inkişafı üçün dəstək verilir. Eləcə də abituriyentlər real imtahan təcrübəsi qazanır, imtahan sterssi azalır və özünəinam yaranır.
  • Peşəkar müəllim heyəti: tədris prosesi abituriyent hazırlığı sahəsində üzun müddət təcrübəsi olan, yüksək nəticələrə malik və müasir pedaqoji yanaşmalara sahib müəllimlər tərəfindən həyata keçirilir.
  • Valideynlərlə iş: valideynlərə abituriyentləri davamiyyət, nizam-intizam, dərsə hazırlıq və imtahan nəticələri ilə bağlı davamlı məlumat verilir, onların tədris prosesinə aktiv şəkildə cəlb olunması təmin edilir. Həm abituriyentlərə, həm də valideynlərə psixoloq-mentor dəstəyi verilir.
  • Güzəşt və endirimlər: valideynlərin büdcəsinə uyğun təhsil haqqı, aylıq hissə-hissə ödəmə imkanı və müxtəlif güzəşt-endirim kampaniyaları təklif olunur.

Buraxılış imtahanlarının məzmunu və qiymətləndirmə sistemi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan Buraxılış imtahanları 9-cu və 11-ci sinif abituriyentlərin ümumi orta və tam orta təhsil üzrə bilik və bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır. Buraxılış imtahanlarında abituriyentlərə Tədris dili (Azərbaycan və rus dili), Riyaziyyat və Xarici dil (ingilis, fransız, alman, fars və ərəb dili) fənləri üzrə qapalı və açıq tipli (cavablarının yazılamsı tələb olunan) test tapşırıqları təqdim olunur.

Hər fənn üzrə 100 ballıq şkala tətbiq olunur və ümumi nəticə 300 balla qiymətləndirilir. 200 və daha artıq bal toplamaq, şagirdin bu fənlər üzrə yüksək səviyyədə səriştəyə sahib olduğunu təsdiqləyir.

Buraxılış imtahanı ilə şagirdlər həm attestasiya olunur, həm də bu imtahanın nəticələrinə əsasən şagirdlər orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi üçün müraciət edə bilirlər. Eləcə də Buraxılış imtahanı universitetlərə Qəbul imtahanının 1-ci mərhələsi hesab olunduğu üçün bu imtahanın nəticələrə əsasən abituriyentlər I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi üçün də müraciət edə bilirlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək, yəni qabiliyyət tələb edən ixtisasları seçmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə elə 1-ci mərhələnin, yəni Buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Onu da qeyd edək ki, Buraxılış imtahanın nəticəsi 2 il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.

Cari uğurlar və statistik göstəricilər

2024–2025-ci tədris ilində Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan yüzlərlə şagird Buraxılış imtahanlarında iştirak edib, onların 142 nəfəri 200 baldan yuxarı nəticə göstərib. Bu nəticələr təkcə şagirdlərin deyil, həm də müəllimlərin peşəkar fəaliyyətinin və Kaspi Abituriyentin tədris sisteminin effektivliyinin göstəricisidir.

Xüsusilə vurğulamaq lazımdır ki:

  • Orta bal nəticəsi 224 baldır.
  • Şagirdlərin 65%-I yüksək nəticə əldə edərək gələcəkdə blok imtahanları üçün ciddi təməl formalaşdırmışdır.
  • 270+ bal toplayan abituriyentlərin sayı 38 nəfərdir.
  • Onlarla abituriyent Tədris dili (Azərbaycan və rus dili), Riyaziyyat və Xarici dil (ingilis, fransız, alman, fars və ərəb dili) fənləri üzrə maksimal nəticə - 100% nəticə göstərib.

İlk 20-liyə daxil olan abituriyentlərimizi sizlərə təqdim edirik:

 

Abituriyentin adı

Abituriyentin soyadı

Topladığı Bal

Selcan

Ağazadə

298

Nurgül

Ədilova

297

Sevinc

Cavadzadə

296.7

Sübhanə

Salikzadə

294.8

Nuray

İsmayılzadə

294.8

Azadə

Heydərova

292.9

Aişə

Sadıqova

291

Sona

Zeynalova

290.6

İradə

Süleymanlı

289.8

Günel

Əhmədova

289

Tükəzban

Zalova

289

Seyyub

Əliyev

286.5

Eyyub

Əzizov

286

Nuran

Ədilzadə

286

Gülay

Rüstəmli

285.9

Fatimeyizəhra

Eyvazova

285.2

Fidan

Səfərəliyeva

285

Turan

Şahvələdov

283.1

Məsud

Muradov

282.1

Şəfa

Qurbanova

282

Aysu

Məsimli

282

Xədicə

Ağabalayeva

281.8

Kənan

Aslan

281.4

Sənan

Yunisov

278.8

Duyğu

Məmmədyarlı

278

Hazırda 2025–2026-cı tədris ili üçün Kaspi Abituriyent Hazırlığı Kurslarına  QEYDİYYAT prosesi davam edir. Gələcəyin uğuruna bu gün addım atın!

 Kurslarımızda aşağıdakı xidmətlər təklif olunur:

  • Azərbaycan və rus bölmələrinin 9-cu, 10-cu və 11-ci sinif şagirdləri üçün Buraxılış və Blok imtahanlarına – universitetlərə qəbul imtahanlarına hazırlıq xidməti;
  • Azərbaycan və rus bölmələrinin 3-cü, 4-cü, 5-ci, 6-ci, 7-ci və 8-ci sinif şagirdləri üçün fənlər üzrə Məktəbli hazırlıq xidməti;
  • Azərbaycan və rus bölmələrinin 1-11-ci sinif şagirdləri üçün aylıq sınaq imtahanları;
  • Rus bölməsinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) tədrisi xidməti;
  • Xarici dillərin – ingilis və rus dillərinin tədrisi xidməti və danışıq klubları;

Erkən qeydiyyatdan keçənlər üçün xüsusi endirim kampaniyaları tətbiq olunur. Bundan əlavə, xüsusi imtiyazlı şəxslər – şəhid, qazi və müharibə veteranlarının övladları, bir ailədən 2 və daha çox şəxslər, dostları ilə birlikdə gələnlər və digər vətəndaşlar üçün müxtəlif güzəştlər mövcuddur.

Ətraflı məlumat almaq və Qeydiyyatdan keçmək üçün filiallarımıza müraciət etmək lazımdır.

Filiallarımız

Filialın adı

Əlaqə nömrəsi:

Ünvan:

Kaspi Elmlər

(012) 510 70 42
(055) 400 32 11

(070) 350 85 38

Bakı şəhəri, Mətbuat pr. 25 (Bakı Dövlət Universitetinin arxası)

Kaspi Əhmədli

(012) 370 74 05

(070) 370 74 05

Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)

Kaspi Xətai

(012) 480 31 69

(055) 455 17 00

Bakı şəhəri, Xocalı küç. 29, Süleyman Vəzirov 11b (Xətai metrosunun arxası)

Kaspi Bayıl

(012) 581 59 16

(070) 581 59 16

Bakı şəhəri, Səbail r, Akademik Ə.Yaqubov 52C, korpus 14, (Su İdmanı Sarayının qarşısındakı binaların 1-ci mərtəbəsi)

Kaspi Mikrorayon:

(012) 431 42 63 (055) 525 31 32

Bakı şəhəri, 4-cü mkr., 20 Yanvar küç. 35 (Qızıl Tac Şadlıq sarayının arxası)

Kaspi Sumqayıt

(018) 652 22 77

(070) 655 11 49

Sumqayıt şəhəri, 6-cı mkr, H.Salayev küç. 31A (Liman klinikasının yaxınlığı, AL marketlə üzbəüz)

Kaspi Gəncə

(070) 276 01 81

Gəncə şəhəri, Azərbaycan Bayrağı küç.124 (Gəncə Dövlət Universitetinin 2-ci korpusun yaxınlığı)

Kaspi Masazır

(070) 380 49 14

Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi 1E

 

SON SÖZ: Gələcək bu gündən qurulur, Kaspi Abituriyent ilə güclənir!

Kaspi Abituriyent Hazırlığı Kurslarının uğuru sadəcə yüksək ballarla ölçülmür. Bu uğur – hər gün dərsə gələn, çalışqan, hədəfi olan bir gəncin inamla addımlamasıdır. Bu uğur – övladının yolunda əlindən gələni edən bir valideynin rahat nəfəs almasıdır. Bu uğur – öyrətməkdən yorulmayan, yol göstərən bir müəllimin sevincidir. Ümumilikdə, bu uğur – Kaspi ailəsinin bütün üzvlərinin birlikdə fəaliyyətinin nəticəsidir.

Dəyərli valideynlər!

Övladınızın gələcəyi üçün ən qiymətli sərmayəniz – onun aldığı təhsildir. Bu sərmayəni təcrübəyə, nəticəyə və etibara əsaslanan bir sistemə yönəldin! Kaspi Abituriyent – bu gün övladınıza dəstək olan, sabah isə onun uğur hekayəsində adı çəkiləcək təhsil ailəsidir. Biz bilirik: siz narahatsınız, çünki övladınız gələcəyin astanasındadır. Amma sizi əmin edirik – bu yolu tək keçməyəcəksiniz. Biz bu yolda övladınızın yanında olacağıq – hər dərsdə, hər sınaqda, hər addımda…

Əziz abituriyentlər!

Gələcəyinizi təsadüflərə buraxmayın. Hal-hazırda əlinizdə olan imkanlardan və fürsətlərdən yararlanın. İndi verəcəyiniz hər bir qərar sabahkı uğurunuzun təməlidir. Siz bu yolun başlanğıcındasınız. Hərdən yorulacaqsınız, bəzən suallarınız çox olacaq, bəzən özünüzü tək hiss edə birləsiniz. Lakin unutmayın – sizinlə bərabər düşünən, çalışan və inanan bir komanda var: Kaspi Abituriyent. Biz sadəcə öyrətmirik, sizinlə yanaşı addımlayırıq. Biz sizə inanırıq, siz də özünüzə və bizə inanın.

Unutmayın!

Kaspi Abituriyentə qoşulmaq etibarlı, nəticəyönlü və ilhamverici bir təhsil sisteminə qoşulmaq deməkdir. Biz sizə bilik, bacarıq və dəstək vermək üçün buradayıq. Siz də Kaspi Abituriyent ailəsinə qoşulun və uğur yolunuzda əmin addımlarla irəliləyin!

Şüarımız: “Bugünün Kaspi abituriyenti, sabahın universitet tələbəsidir!”

Kaspi.edu.az

 

 

 

 

21.07.2025