15 İyun - Milli Qurtuluş Günüdür
Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.
Kaspi.edu.az xəbər verir ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxardı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı.
.jpeg)
Xalqımız Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövl
ətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edən Ulu Öndərin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sahədə sabitlik və inkişafa nail olundu.
Ulu Öndər Heydər Əliyevin tapşırığı və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı əsasının formalaşması təmin edildi.
Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin, uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərimizdə böyük quruculuq işləri aparılır.
Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır.
Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edir!
Kaspi.edu.az