Kaspi Təcrübə Proqramı-11
“Müəllimlik yalnız peşə deyil, missiyadır”
“Bəzən bir prosesin uğurla başa çatması kifayət etmir - onun arxasında dayanan insanın düşüncəsi, zəhməti və münasibəti həmin uğurun əsl dəyərini müəyyən edir. Siz bu Təcrübə Proqramında məhz o dəyəri yaradanlardan biri oldunuz. Siz sadəcə işinizi görmədiniz- yön verdniz, yol açdınız, çətinlikləri imkanalara çevirdiniz. Göstərdiyiniz diqqət, dəstək və ardıcıllıq bu proqramın yalnız bir tapşırıq siyahısı deyil, real bir öyrənmə təcrübəsi olmasını təmin etdi”.

Kaspi Təhsil Şirkətinin KTP-2025 çərçivəsində təcrübəçilərə və mentorlara ünvanladığı təşəkkür məktubunda yer alan bu fikirlər gənc təcrübəçilər üçün qarşılarında duran iş həyatlarında əsl motivasiyaya çevrildi.

Kaspi Təcrübə Proqramının əsas məqsədi öyrənilmiş bacarıq və təcrübəni tətbiq etmək, gələcək üçün peşələrinə hazırlıqlı olmaqdır.

3500 nəfərdən 660 nəfər
Kaspi.edu.az xəbər verir ki, 2014-cü ildən 2025-ci ilə qədər - 11 il ərzində 3500 nəfər proqrama müraciət edib. Ümumilikdə, 660 nəfər proqramda iştirak edib. Bu illər ərzində 120 nəfər işə qəbul olunub. 15-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edilib.
2025-ci ildə proqrama 750 nəfər müraciət edib. Hazırda ümumi iştrakçı sayı 172 nəfərdir. Təcrübə Proqramında Liseylərdə 116 nəfər, Kaspi Kids filiallarında 20 nəfər, Kaspi Abituriyent məktəblərində 34 nəfər iştirak edib. Hələlik 11 nəfər işə qəbul olunub. 2025-ci il üçün Kaspi proqramla bağlı 4 müəssisə ilə əməkdaşlq edib. Sumqayıt Dövlət İniversiteti ilə yeni əməkdaşlığa başlanılıb.

Öyrənmək həmişə faydalıdır
“Bu, bir başlanğıcın sonu deyil, gələcəyin ilk addımıdır! Uğurla tamamladığınız bu yol, indi sizi daha böyük zirvələrə aparacaq”- deyə bu tədris ilində həyata keçirilən Proqramın yekunu olaraq gənclərin işi yüksək dəyərləndirilib.
.jpg)
Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin sədri Sona Vəliyeva Proqramın yekun tədbirində çıxış edərək təcrübəçiləri təbrik etdi və tövsiyələrini bildirdi: “Müəllimlik yalnız peşə deyil, missiyadır. Peyğəmbərimiz də müəllim peşəsini bütün peşələrdən yüksək tutub. Bu baxımdan, sizin bir missiyanız var. Siz 3 ay müddətində bu müqəddəs peşə ilə bağlı praktikanı əldə etdiniz. Siz təkcə nəzəri bilikləri tətbiq etməyi deyil, dostluğu, kollektivdə işləməyin nə demək olduğunu öyrəndiniz. Müəllimliyin sirrini, müxtəlif xarakterli şagirdlərlə rəftar etməyi, məktəb idarəçiliyinin nə demək olduğunu, davranış normalarını, bir özəl məktəbdə münasibətlərin necə qurulduğunu mənimsədiniz. İnanıram ki, siz “Kaspi”nin illərlə formalaşmış dəyərlərini öyrəndiniz və bunu fəaliyyətinizdə tətbiq edəcək, bu qapını hər zaman ərklə açan dostlarımıza çevriləcəksiniz. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram!”

Kaspi Təhsil Şirkətinin Baş icraçı direktoru Elşən Əliyev “Müəllim olmaq üçün böyük ürəyə sahib olmaq lazımdır”- deyə qeyd etdi: “Təcrübə Proqramı bizə nə verdi: siz bizdən, biz sizdən öyrəndik. Qarşılıqlı öyrənmək həmişə faydalıdır. Sevinirik ki, biz sizin kimi gənclərlə işləyirik və sizin bu peşəyə böyük marağınız var. Gələcək gənclərindir. Sizə bu şərəfli peşədə böyük uğurlar arzulayıram!”
Təcrübəçilərin qazandığı təcrübə
.jpg)
Təcrübə Proqramının iştirakçıları 3 ay müddətində gələcək fəaliyyətləri ilə bağlı böyük təcrübə qazandıqlarını bildirir, yaratdığı şəraitə görə Kaspi Təhsil Şirkətinin rəhbərliyinə minnətdarlıq edirlər.
Sümqayıt Dövlət Universitetin 4-cü kurs tələbəsi Reyhan Əmənli qeyd etdi ki, Kaspi Ağ Şəhər liseyində təcrübə proqramında iştirak edib: “Proqramda iştirak zamanı kollektivdə işləmək bacarığı, əməkdaşlıq, şagirdlərlə davranış qaydalarını öyrəndim. Hesab edirəm ki, bu, gələcək fəaliyyətimdə mənə çox kömək edəcək”.
Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Fidan Rəşidova 3 ay ərzində müəyyən bacarıqlar əldə etdiyini deyir: “Zəngin müşahidələr əldə etmişəm. Müəllimliyin sirlərinə yiyələnməyə çalışmışam”.
Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Xanım Ağalarova “İxtisasım ingilis dili müəllimidir”-deyə bildirdi: “Təcrübə zamanı bir çox bacarıqlar əldə etdim. Səmimi və təcrübəli kollektivdə təcrübə qazandım. Düşünürəm ki, bu xüsusiyyətlər mənin iş prosesimdə böyük rol oynayacaq. Proqramın təşkilatçılarına təşəkkür edirəm!”
Bakı Slavyan Universitetinin tələbəsi Anastasiya Karnuşina da liseydə çox təcrübə əldə edib: “Əsasən uşaqlarla ünsiyyəti öyrəndim. İlk dərsim uşaqların xoşuna gəldi. Onlar mənimlə dərs keçmək istədilər. Bu, məni həvəsləndirdi. Bu şəraiti yaratdıqlarına görə Kaspi Təhsil Şirkətinə təşəkkür edirəm!”
Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Səbinə Hüseynli də özünü məmnun hiss edir: “Həm Kaspi-nin rəhbərliyi, həm mentor müəllimlərimiz - Könül və Laçın müəllimənin bizə göstərdiyi dəstək əsasında çox şey öyrəndik. Bu, bizim üçün böyük şans idi. Dövrümüzün aktual məsələlərindən olan texnoloji biliklərin təcrübədə tətbiqini də bu proqram zamanı mənimsədik. Buna görə təşkilatçılara minnətdarıq!”
















Kaspi Təhsil Şirkəti Təcrübə proqramında iştirak edən bütün təcrübəçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayır!
Kaspi.edu.az