XƏBƏRLƏR

"Ata məhəbbəti-Oğul şücaəti"

Tədbir qəhrəman vətən oğullarına hörmət və ata sevgisini birləşdirib

Kaspi Bakıxanov liseyi kişi valideynləri bir araya toplayıb. Liseydə keçirilən “Ata məhəbbəti-Oğul şücaəti” adlı tədbir uşaqların atalarına sevgi və hörmətini, onları örnək və arxa kimi görmələrinə, eyni zamanda ataların övladları qarşısında məsuliyyətinə, onlara diqqət və qayğısına həsr olunub.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Liseyin Sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyevanın verdiyi məlumata görə, qəhrəman vətən oğullarına hörmət və ata sevgisini birləşdirən tədbirdə şagirdlər fəal iştirak etməklə yanaşı qürur və sevinclərini nümayiş etdiriblər.

Liseyin direktoru Cahid Hüseynov tədbirin mahiyyəti haqqında məlumat verərək gələn qonaqlara təşəkkür edib. Tədbir valideynlər tərəfindən maraqla qarşılanıb. 

Şagirdlər rəqs, kompozisiya, səhnəcik və xor ifaları ilə tədbirə öz töhfələrini veriblər.

kaspi.edu.az

01.05.2025