XƏBƏRLƏR

BSU tələbələri Kaspi Kids-də

Tələbələr 11-ci Təcrübə Proqramına qoşulublar

Bakı Slavyan Universitetinin tələbələri Kaspi Kids uşaq bağçalarında təcrübə keçirlər. Tələbələrin təcrübəsi Kaspi Təhsil Şirkətinin həyata keçirdiyi 11-ci Təcrübə Proqramı çərçivəsində həyata keçirilir.

KTŞ-nin İnsan Resursları Departamentinin əməkdaşları, Kaspi Kids komandası və bağça rəhbərləri BSU-nun Kaspi Kids-də təcrübə keçən tələbələri ilə görüşüblər: “Görüş zamanı gələcəyin müəllimləri qazandıqları nəzəri bilikləri və praktik bacarıqları bölüşdülər. Eyni zamanda, birlikdə əyləncəli və öyrədici vaxt keçirdik”- deyə verilən məlumatda qeyd edilib.

Kaspi Təhsil Şirkəti təcrübəçi tələbələrə uğurlar arzulayır!
kaspi.edu.az

 

24.04.2025