XƏBƏRLƏR

Kaspi-də Elm Festivalı!

Şagirdlər öz elmi biliklərini, yaradıcı yanaşmalarını və müxtəlif bacarıqlarını sərgiləyiblər

Kaspi Ağ Şəhər liseyində Elm Festivalı keçirilib. Festival lisey şagirdlərinin yaratdığı möhtəşəm atmosferlə yadda qalıb.

“Kaspi Liseyi şagirdləri öz elmi biliklərini, yaradıcı yanaşmalarını və müxtəlif bacarıqlarını böyük həvəslə sərgilədilər. Festival zamanı təqdim olunan layihələr, eksperimentlər və maraqlı təqdimatlar bir daha sübut etdi ki, gələcəyin alimləri Kaspi-də yetişir!”- deyə liseyin direktoru Həsən Həsənov öz sosial şəbəkə hesabında paylaşım edib.

“Əməkdaşlıq edən müəllimlərimizə, təşəbbüskar şagirdlərimizə və dəstək olan valideynlərimizə təşəkkür edirik! Elm ruhu ilə irəliləyirik!”-deyə direktor qeyd edib.

kaspi.edu.az

 

20.04.2025