Ədəbiyyat adamlarına həsr olunan "Breyn Ring"
İki məktəbin komandası birlikdə yaxşı komanda işi nümayiş etdiriblər
Kaspi Liseyində “Breyn Rinq” intellektual oyunu keçirilib. Yarış 2024-2025-ci illərdə ədəbiyyat üzrə yubileyləri qeyd edilən yazıçılara həsr olunub.
Liseydən verilən məlumata görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilən oyunda Xətai rayonundakı 56 nömrəli məktəbin şagird və müəllim heyəti də iştirak edib.
“İki məktəbin komandaları birlikdə yaxşı komanda işi nümayiş etdirə bildilər”.
Qalibləri liseyin direktoru Həsən Həsənov və Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri Tural bəy və Dilşad xanım mükafatlandırıblar.
kaspi.edu.az