XƏBƏRLƏR

Bir ürək, min ümid – Biz birlikdə güclüyük!

Ənənəvi təşəbbüs vasitəsilə şagirdlərimiz sosial məsuliyyət, duyarlılıq və birlik ruhunu daha dərindən yaşadılar

Kaspi Ağ Şəhər liseyində artıq ənənəyə çevrilmiş “Bir Ürək, Min Ümid” sosial məsuliyyət yarmarkası bu il də böyük coşqu və sevgi ilə baş tutub.

Liseydən verilən məlumata görə, şagirdlərin hazırladığı şirniyyatlar, əl işləri, kitab və məktəb ləvazimatları ilə dolu rəngarəng masalar iştirakçıların marağına səbəb olub: “Satışlar ürək pullarla həyata keçirildi. Bu yarmarkada əsas məqsəd pul yığmaq deyil, ürəkləri birləşdirmək idi.

Bu təşəbbüs vasitəsilə şagirdlərimiz sosial məsuliyyət, duyarlılıq və birlik ruhunu daha dərindən yaşadılar. Onların böyüklərə örnək olacaq fədakarlığı və enerjisi bizə bir daha göstərdi ki, gələcəyin cəmiyyəti daha mərhəmətli və şəfqətli olacaq. Bir ürəklə min ümid yaratdıq!”

Yarmarkaya qatılan, dəstək olan və bu gözəl atmosferin bir parçası olan hər kəsə sonsuz təşəkkür edirik!

kaspi.edu.az

18.04.2025