Müəllimlər müayinə olundu
Kaspi Liseyinin müəllim və inzibati heyəti göz müayinəsindən keçib
“FOCUS Optika” MMC komandası Kaspi liseyinin müəllim və inzibati heyəti üçün göz müayinəsi həyata keçirib. Müayinə iki gün davam edib.

Liseydən verilən məlumata görə, müayinələr peşəkar oftalmoloqlar tərəfindən aparılıb: “Məqsəd müəllimlərimizin iş saatlarından kənar, əlavə vaxt sərf etmədən, rahat və ödənişsiz şəkildə müayinədən keçməsini təmin etmək idi. Bu təşəbbüs müəllimlərimiz tərəfindən məmnuniyyətlə qarşılandı. Belə faydalı əməkdaşlığa görə “FOCUS Optika” MMC-yə təşəkkür edirik! Kaspi Liseyi olaraq müəllimlərimizin sağlamlığını hər zaman ön planda tutmağa davam edəcəyik”.




kaspi.edu.az