XƏBƏRLƏR

Daşkənd Westminster Universitetinin nümayəndələri Kaspi Liseyində

Universitet nümayəndələri şagirdlərə təhsil imkanları, beynəlxalq proqramlar və tələbə həyatı barədə geniş məlumat veriblər

Daşkənd Westminster Universitetinin nümayəndələri Kaspi Ağ Şəhər liseyində qonaq olublar. Səfər çərçivəsində qonaqlar liseyin tədris mühiti ilə tanış olub, şagirdlərlə maraqlı görüş keçiriblər.

“Universitet nümayəndələri şagirdlərə təhsil imkanları, beynəlxalq proqramlar və tələbə həyatı barədə geniş məlumat verdilər. Görüş zamanı məktəblilər onları maraqlandıran sualları ünvanladılar və universitetin təklif etdiyi proqramlarla yaxından tanış oldular. Bu cür görüşlər şagirdlərimizin gələcək təhsil istiqamətlərini müəyyənləşdirmək və beynəlxalq təhsil imkanlarını dəyərləndirməkdə mühüm rol oynayır”- deyə liseyin məlumatında bildirilir.

Qeyd edək ki, Kaspi Liseyi bu cür əməkdaşlıqları yüksək qiymətləndirir və şagirdlərin gələcəyinə töhfə verən təşəbbüsləri davam etdirməyi planlaşdırır.

kaspi.edu.az

16.04.2025