XƏBƏRLƏR

Kaspi Liseyində təcrübəçilərlə Seminar

Gənc müəllimlərin peşəkar inkişafına dəstək

Kaspi Liseyində müəllimlik təcrübəsi keçən gənc müəllimlərlə faydalı və interaktiv seminar təşkil olunub.

Seminar zamanı təcrübəçilərlə dərs prosesində qarşılaşdıqları çətinliklər, effektiv tədris metodları və sinif idarəçiliyi barədə fikir mübadiləsi aparılıb.

Seminarın keçirilməsində məqsəd gənc müəllimlərin peşəkar inkişafına dəstək olmaq və onları gələcək müəllimlik fəaliyyətlərinə daha yaxşı hazırlamaqdır.

kaspi.edu.az

14.04.2025