XƏBƏRLƏR

Kaspi Liseyi yarımfinalda!

“Kaspi Liseyi” ilə “Landau” komandası yarımfinalda qarşılaşacaq

Özəl Liseylər arasında Futbol Cempionatı keçirilir.  Kaspi Bakıxanov və Kaspi Ağ Şəhər liseylərinin yığma komandaları da yarışda iştrak edir. Kaspi Liseyini təmsil edən komandamız A qrupunda yer alıb.

İlk oyunda “Bakı İstanbul liseyi” ilə qarşılaşan komandamız 4-2 hesabıyla qələbə qazanıb.

2-ci oyun isə daha dramatik keçib. “Dünya” liseyi ilə qarşılaşan “Kaspi Liseyi” hesabda 4-3 geridə olmasına baxmayaraq, 6-4 hesabıyla möhtəşəm qələbə qazanıb.

17 apreldə “Kaspi Liseyi” ilə “Landau” komandası yarımfinalda qarşılaşacaq. Yarımfinalda üz-üzə gələcək digər komandalar “Dünya Məktəbi” ilə “Zirvə liseyi” olacaq. Yarımfinalın qalibləri finalda qarşılaşacaq.

“Kaspi Liseyi”nə çempionatda uğurlar arzulayırıq!

kaspi.edu.az

 

14.04.2025