XƏBƏRLƏR

Rəqəmsal texnologiyalara həsr olunmuş xüsusi həftə

İbtidai siniflər üzrə “Skill Code Junior” yarışması təşkil edilib

Kaspi liseylərində rəqəmsal texnologiyalara həsr olunmuş xüsusi həftə təşkil edilib. Həftə ərzində şagirdlər rəqəmsal bacarıqlarını inkişaf etdirmək, proqramlaşdırma biliklərini genişləndirmək və texnologiyadan yaradıcılıqla istifadə etmək imkanı əldə ediblər.

Liseydən verilən məlumata görə, İbtidai siniflər üzrə "Skill Code Junior" yarışması təşkil edilib: “Bu yarışın əsas məqsədi şagirdlərdə blok-yönlü proqramlaşdırma məntiqinin təkmilləşdirilməsi, həmçinin Scratch proqramlaşdırma mühiti ilə tanışlıq, əsas alqoritm təfəkkürünün formalaşdırılmasına dəstək olmaqdır. Bundan əlavə, yarışın interaktiv və əyləncəli formada keçirilməsi şagirdlərin ciddi marağına səbəb oldu”.

Qalib şagirdlər sertifikatlarla mükafatlandırılıb.

kaspi.edu.az

 

10.04.2025