XƏBƏRLƏR

Liseyimizin şagirdi 2-ci yerin qalibi oldu

Yarışda 14 ölkədən 1000-ə yaxın karateçi iştirak edib

Azərbaycanda keçirilən  “GRAND PRİX” 2025 Beynəlxalq karate turnirində 14 ölkənin 1000 - ə yaxın karateçisi iştirak edib.

Kaspi Bakıxanov liseyinin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva kaspi.edu.az-a bildirdi ki, liseyin 6-cı sinif şagirdi Qəhrəman Rzaquliyev həmyaşıdları arasında 4 döyüşü qələbə ilə keçərək finalda qazaxıstanlı rəqibinə məğlub olub. Balaca idmançımız yarışı 2-ci yerin qalibi kimi başa vurub.

Qəhrəman Rzaquliyevi uğuru münasibəti ilə təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!

kaspi.edu.az

 

07.04.2025