"Ümid tumurcuqları"
Kaspi Liseyi xeyriyyə ənənəsini davam etdirir
Xeyriyyə tədbirləri keçirmək, yardımlar etmək Kaspi Təhsil Şirkətinin təkcə ənənəsi deyil, həm də sosial məsuliyyətindən irəli gəlir. KTŞ təhsil müəssisəsi olaraq yardımlaşma, paylaşma hissini, xeyriyyəçiliyin gözəl bir hiss olduğunu şagirdlərə ötürməyə çalışır.

Kaspi Bakıxanov liseyi bu gün bu ənənəyə sadiqliyini yenidən nümayiş etdirdi. “Ümid tumurcuqları” adlı xeyriyyə yarmarkası təkcə məktəbin şagird və müəllimlərini deyil, həmçinin köhnə illərin məzunlarını və valideynlərini bir araya topladı.

Xeyriyyə yarmarkasında məktəbin şagird, müəllim və valideyn komandası fəal iştirak edib. “Liseyin bütün kollektivi yarmarkanın baş tutmasında fəallıq göstərdi. Məzunlarımızın aksiyada iştirakı isə bu ənənəyə sadiqlik göstərmələrinin əsl nümunəsi oldu”-deyə Liseyin sosial fəaliyyətlər üzrə rəhbəri Gülnarə Allahverdiyeva kaspi.edu.az-a bildirdi.

Yarmarkada Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva və KTŞ-nin Baş İcraçı Direktoru Elşən Əliyev də iştirak edib.






kaspi.edu.az