XƏBƏRLƏR

"Valideynlərimizə necə kitab oxudaq?"

Lisey şagirdlərinin kitab bloqeri ilə görüşü keçirilib

Kaspi Ağ Şəhər liseyində ilin fəaliyyət planına uyğun olaraq 7-c sinif şagirdlərimizlə LİBRAFF Mağazaları Şəbəkəsinin və TEAS Press Nəşriyyat evinin piar meneceri, videobloqer və kitab bloqeri Sərxan Rüstəmovun görüşü keçirilib. “Görüşün məqsədi “Valideynlərimizə necə kitab oxudaq?” mövzusu altında şagirdləri mütaliəyə yönləndirmək idi”- deyə liseydən verilən məlumatda bildirilir.

S.Rüstəmov kitab oxumağın əhəmiyyətindən söhbət açıb. Görüşdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Şagirdlər “Evdə heç valideynlərinizlə kitab oxuyursunuzmu?”, “Kitab oxuyarkən daha çox nələrə diqqət yetirilməlidir?” kimi sualları cavablandırıblar. 

Sərxan Rüstəmova liseyin təşəkkürnaməsi təqdim olunub.  

Sonda şagirdlərlə xatirə şəkli çəkilib.

kaspi.edu.az

04.04.2025