Liseydə qaçış yarışları keçirilib
Tofiq Bəhramov adına stadionda medal uğrunda mübarizə davam edəcək
Kaspi Ağ Şəhər liseyində qaçış yarışları keçirilib.
1000 və 100 metr məsafəyə təşkil edilən yarışlar uşaqlar arasında yüngül atletikanı və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.
Yarış çərçivəsində hər bir idman növündə ən güclülər müəyyən edilib.
Liseydən verilən məlumata görə, onlar yaxın zamanda Tofiq Bəhramov adına stadionda medal uğrunda mübarizə aparacaqlar.
kaspi.edu.az