XƏBƏRLƏR

ASAP liseyin qonağı oldu

Şagirdlər təcrübə proqramları vasitəsilə bu təşkilatın layihələrinə qoşula, bilik və bacarıqlarını artıra bilərlər

Bu gün Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) nümayəndələri Kaspi Ağ Şəhər liseyində qonaq olub. Təşkilatın nümayəndə heyəti platforma haqqında məktəblilərə bilgi verib, infosessiya xarakterli məlumat paylaşıblar.

Qeyd edək ki, ASAP (Azerbaijani Students and Alumni Platform) 2020-ci il 15 avqust tarixində təsis edilmiş qeyri-hökumət təşkilatıdır. Təşkilat xarici ölkələrdə təhsil alan tələbələr və artıq təhsilini başa vurmuş gənclər arasında əməkdaşlığın yaradılmasını hədəfləyir. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayır. ASAP Azərbaycan həqiqətlərini dünyaya yaymaq və soydaşlarımızın bir araya gəlməsi üçün işlər görür.

Görüş zamanı qeyd edilib ki, təcrübə proqramları vasitəsilə yerli tələbə və şagirdlər də bu təşkilatın layihələrinə qoşula, bilik və bacarıqlarını artıra bilərlər.

kaspi.edu.az

03.04.2025