XƏBƏRLƏR

Unikal Təcrübə Proqramı

Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kurslarında gənc müəllimlər üçün Təcrübə Proqramı davam edir

Kaspi Abituriyent Xidmətində “Təcrübə Proqramı 11”-in yeni gənc təcrübəçi müəllimləri ilə növbəti görüşü keçirilib. Görüşdə Təcrübə Proqramının məqsədi və məzmunu ilə bağlı təcrübəçilərə ətraflı məlumat verilib.

Kaspi Abituriyent Xidmətindən verilən məlumatda bildirilir ki, indiyə qədər proqram çərçivəsində iki görüş keçirilib və proqram davam edir.

“Müasir dövrdə təhsil sahəsində peşəkar müəllimlərin hazırlanması strateji əhəmiyyət daşıyır. Ən yaxşı nəzəri biliklər belə praktiki tətbiq olunmadan effektiv nəticələr verməyə bilər”- deyə Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a Proqram haqqında ətraflı məlumat verib:

Sistemli, ardıcıl və məqsədyönlü inkişaf platforması

“Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kursları bu ehtiyacı nəzərə alaraq peşəkar təhsil sistemi qurmaq və müasir dövrün tələblərinə cavab verən müəllimlər yetişdirmək məqsədilə gənc müəllimlər üçün unikal təcrübə proqramı həyata keçirir. Bu proqram təhsil sahəsində ilk addımlarını atan və pedaqoji bacarıqlarını təkmilləşdirmək istəyən müəllimlər üçün sistemli, ardıcıl və məqsədyönlü inkişaf platforması yaradır.

Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kurslarında həyata keçirilən Təcrübə Proqramı bir neçə strateji məqsədi özündə birləşdirir:

  • Gənc müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi və pedaqoji bacarıqlarının inkişafı: Gənc müəllimlər üçün bu proqram onların universitetdə aldıqları nəzəri bilikləri praktiki bacarıqlara çevirməsinə kömək edir;
  • Müasir təlim və tədris metodlarının öyrədilməsi: Gənc müəllimlər təcrübə proqramı çərçivəsində Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kurslarında tətbiq edilən interaktiv və innovativ tədris metodları ilə tanış olur və bu metodları praktikaya tətbiq etməyi öyrənirlər;
  • Real tədris mühitində iş təcrübəsi qazanmaq: Gənc müəllimlər dərs keçmək, şagirdlərə individual yanaşmaq, onların tədris ehtiyaclarını müəyyənləşdirmək və səmərəli pedaqoji strategiyalar işləyib hazırlamaq sahəsində təcrübə qazanırlar;
  • Şagirdlərə fərdi və qrup şəklində yanaşma bacarığının inkişafı: Effektiv tədrisin əsas prinsiplərindən biri şagirdlərin fərdi ehtiyaclarını nəzərə almaqdır. Gənc müəllimlər müxtəlif səviyyədə olan şagirdlərlə işləməyi, fərdi yanaşma üsullarını tətbiq etməyi və nəticəyönümlü metodları öyrənirlər;
  • Qiymətləndirmə və diaqnostika bacarıqlarının təkmilləşdirilməsi: Gənc müəllimlər müasir qiymətləndirmə metodlarını, abituriyent nailiyyətlərini obyektiv dəyərləndirmə qaydalarını və üsullarını mənimsəyirlər. Bu, onların gələcək pedaqoji fəaliyyətində effektiv geribildirim verməyə və şagirdlərin inkişafını daha dəqiq izləməyə imkan yaradır.

Bütün tərəflər üçün qarşılıqlı fayda

Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kurslarında həyata keçirilən Təcrübə Proqramının strukturu və həyata keçirilmə mərhələləri aşağıdakı kimidir:

  • İlkin seçim və müsahibə prosesi
  • Proqramın təhsil müəssisələrində təşkili və həyata keçirilməsi
  • Pedaqoji və metodik təlimlər
  • Real dərs prosesində təcrübə
  • Mentorluq və geribildirim prosesi
  • Sertifikatlaşdırma və məşğulluq imkanları

Təcrübə Proqramının bütün tərəflər üçün qarşılıqlı faydaları çoxdur və bunları aşağıdakı kimi təqdim edə bilərik:

  • İştirakçılar üçün: real iş təcrübəsi və pedaqoji bacarıqların inkişafı; müasir tədris metodlarını mənimsəmək; peşəkar müəllimlərlə işləmək və təcrübə qazanmaq; şagirdlərlə effektiv ünsiyyət qurmağı öyrənmək; pedaqoji və psixoloji biliklərin tətbiqini öyrənmək; DİM standartlarına uyğun dərs metodologiyasını mənimsəmək; təhsil sahəsində uğurlu karyera üçün baza yaratmaq;
  • Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kursları üçün: yüksək ixtisaslı müəllimlərin hazırlanması; müasir tədris metodlarının tətbiqi; təhsil keyfiyyətinin artırılması; davamlı inkişaf edən peşəkar müəllim bazasının qurulması;
  • Ümumilikdə təhsil mühiti üçün: təhsil sahəsində kadr potensialının artırılması; müəllimlər arasında peşəkar inkişaf mədəniyyətinin formalaşdırılması; şagirdlər üçün daha keyfiyyətli və effektiv təhsil mühitinin yaradılması; gələcək nəsillər üçün daha effektiv tədris metodlarının formalaşdırılması; təhsilin keyfiyyətinə uzunmüddətli töhfə;

İlk addımlarınızı Kaspi Təcrübə Proqramı ilə atın!

R.Ağayev qeyd edir ki, Kaspi Abituriyent Məktəbi və Hazırlıq Kurslarının təcrübə proqramı təhsil sektorunda peşəkar müəllimlərin yetişdirilməsi üçün mühüm addımdır. “Bu proqram sayəsində gənc müəllimlər müasir tədris metodlarını öyrənir, real dərs prosesində iştirak edir və gələcək karyeralarına güclü əsas yaradırlar. Nəticədə, Azərbaycan təhsil sisteminə daha hazırlıqlı, motivasiyalı və innovativ müəllimlər qazandırılır, gələcəyin müəllimləri daha təcrübəli, innovativ və effektiv pedaqoqlara çevrilirlər”.

İlk addımlarınızı Kaspi Təcrübə Proqramı ilə atın, gələcəyin fərq yaradan uğurlu müəllimləri sırasında Siz də olun!

kaspi.edu.az

 

05.02.2025