XƏBƏRLƏR

Kaspi Ağ Şəhər bağçasında iki dildə tədris

Bağçada Bilinqual qrupu fəaliyyətə başlayıb

Kaspi Ağ Şəhər bağçasında yanvar ayından etibarən iki dildə tədris aparılan bilinqual qrupu fəaliyyətə başlayıb.  Proqramın tədrisi liseyin beynəlxalq ingilis dili kvalifikasiyası olan müəllimləri tərəfindən aparılır. Eyni zamanda, dərs mühiti və sinif otağı yeni üslubla dizayn edilib.

kaspi.edu.az-a Kaspi Kids Akademik Keyfiyyət Komandasından verilən məlumatda bildirilir ki, Məktəbəqədər bilinqual uşaqların hələ məktəbə başlamazdan əvvəl iki və ya daha çox dili öyrəndiyi və bu dillərdə ünsiyyət qurma bacarığı qazandığı bir təhsil yanaşmasıdır: “Bu dövrdə uşaqlar, dilin təbii və spontan şəkildə inkişaf etdiyi bir mühitdə, həm ana dilini, həm də əlavə bir dili öyrənirlər”.

Məktəbəqədər bilinqual tədrisin üstünlükləri aşağıdakılardır:

Dil bacarıqlarının erkən inkişafı – Uşaqlar, iki dildə ünsiyyət qurmağa başladıqda onların həm dillə, həm də ümumilikdə zehni inkişaflarına müsbət təsir edir;

Kognitiv inkişaf – Araşdırmalar göstərir ki, bir neçə dil öyrənən uşaqlar daha güclü analitik düşünmə, problem həll etmə və yaradıcı düşünmə bacarıqlarına sahib olurlar. Onlar dillər arasında keçid edərək düşünmə qabiliyyətini inkişaf etdirirlər;

Mədəniyyətlərarası anlayış – Məktəbəqədər bilinqual uşaqlar, müxtəlif dilləri öyrənməklə yanaşı, müxtəlif mədəniyyətlərə və adətlərə də yaxınlaşırlar. Bu, onların dünyagörüşünü genişləndirir və mədəniyyətlərarası empati yaratmağa kömək edir;

Gələcəkdə qlobal imkanlar – Bir neçə dili yaxşı bilən uşaqlar gələcəkdə qlobal səviyyədə daha çox imkan və irəliləyiş əldə edirlər. Bu, təhsil və iş dünyasında onlara böyük üstünlük qazandırır.

Qeyd edək ki, Məktəbəqədər bilinqual tədrisi adətən, valideynlərin və ya təhsil müəssisələrinin təşəbbüsü ilə uşaqların gündəlik həyatında təbii şəkildə müxtəlif dillərin istifadəsinə əsaslanır. Bu yanaşma, xüsusilə iki dilli və ya çoxdilli cəmiyyətlərdə geniş tətbiq olunur. Uşaqlar, bu prosesdə heç bir təzyiq hiss etmədən, iki dildə özünə inamlı şəkildə danışa bilirlər.

kaspi.edu.az

 

27.01.2025