Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
kaspi.edu.az AZƏRTAC-a istinadın xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
.jpg)
Qeyd edək ki, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
AZAL-ın məlumatına görə, təyyarənin göyərtəsində 67 sərnişin olub, onlardan 32 nəfəri sağdır. Sərnişinlərin siyahısı ictimaiyyətə açıqlanıb.
Kaspi-nin təhsil müəssisələrində matəmlə əlaqədar olaraq bütün tədbirlər təxirə salınıb.
Kaspi Təhsil Şirkəti qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir!
kaspi.edu.az