Valideynlərin təhsil prosesində aktiv iştirakının vacibliyi
Psixoloqun tövsiyəsi
“İmtahanlara hazırlıq uzun və çətin bir prosesdir. Bəzən abituriyentlərin təhsilinin keyfiyyəti, davamiyyəti, uğurları və qarşılaşdıqları çətinliklər haqqında məlumat əldə etmək vacib olur. Bu zaman təhsil müəssisəsindən və müəllimlərdən gələn geri bildirimlər və rəylər olduqca əhəmiyyətlidir”. Kaspi Abituriyent Xidməti üzrə psixoloq İlkin Əliyev bildirir ki, valideynlər geri bildirimləri düzgün qiymətləndirərək, övladlarının təhsilinin inkişafına və şəxsiyyətlərinin formalaşmasına daha təsirli dəstək göstərə bilərlər.

Əziz valideynlər!
Geri bildirimlər iki əsas formada olur: müsbət və mənfi. Müsbət geri bildirimləri övladlarınızı həvəsləndirmək üçün, mənfi geri bildirimləri isə zəif tərəfləri aradan qaldırıb gücləndirmək üçün istifadə etməlisiniz. Bəzən siz valideynlər müsbət geri bildirimləri əhəmiyyətli saymır və yalnız mənfi geri bildirimlərə diqqət yetirirsiniz. Bu halda, övladlarınızın motivasiyası və oxumağa olan həvəsi azala bilər.
Geri bildirimlərin müzakirəsi
Valideynlər olaraq diqqət etməli olduğunuz digər bir məqam isə, geri bildirimləri övladlarınızla doğru şəkildə müzakirə etməməyinizdir. Yanlış üslub seçmək və ya ümumiyyətlə, geri bildirimləri müzakirə etməmək, nəticədə istədiyiniz faydanı verməyəcək və övladlarınızın motivasiyasını azaldacaq. Əksinə, geri bildirimləri düzgün şəkildə müzakirə etdikdə, övladlarınızın özünü qiymətləndirmə bacarıqları inkişaf edər və təhsilə qarşı məsuliyyət hissləri artar.
Övladlarınızın təhsilinə daha yaxından nəzarət
Təhsil müəssisəsindən və müəllimlərdən gələn geri bildirimlərin siz valideynlər üçün müsbət tərəfləri də var:
- Sizin dəstəkləyici rolunuzu gücləndirir;
- Övladlarınızda məsuliyyət hissini artırır;
- Təhsil müəssisəsi və müəllimlərlə effektiv əks-əlaqə qurulmasına kömək edir;
Təhsil müəssisəsindən və müəllimlərdən gələn geri bildirimləri düzgün şəkildə istifadə etməklə, siz övladlarınızın təhsilinə daha yaxından nəzarət edə bilərsiniz. Bu, onların güclü və zəif tərəflərini müəyyən etməyə kömək edir və daha effektiv dəstək göstərməyinizə imkan yaradır.
Dəyərli valideynlər, sizin təhsil prosesində aktiv iştirakınız övladlarınızın akademik uğurlarına və şəxsi inkişaflarına müsbət təsir göstərir. Bu çətin və məsuliyyətli yolda övladlarınıza daha yaxşı dəstək olmaq üçün növbəti bloqlarımızı izləməyi unutmayın!
kaspi.edu.az