XƏBƏRLƏR

Kaspi Liseyinin müəllimi komanda yarışında qalib oldu

Samir Məmmədov karate üzrə yarışda Azərbaycan komandasının tərkibində çıxış edib

Serbiyanın paytaxtı Belqrad şəhərində karate üzrə Qran-Pri yarışı keçirilib. Noyabrın 23-24-də xüsusi dəvət almış ölkələrin komandalarının qatıldığı yarışda Serbiya, Azərbaycan, Moldova, Ruminiya, Macarıstan, İtaliya, Qırğızıstan, Qazaxıstan komandaları yarışıblar. Azərbaycan komandası yarışın qalibi olub.

Qeyd edək ki, Kaspi Liseyinin Fiziki Tərbiyə Fənn rəhbəri Samir Məmmədov Azərbaycan komandasının tərkibində yarışıb. Karate ustası kaspi.edu.az-a açıqlamasında yarışın gərgin keçdiyini bildirdi: “Azərbaycan komandası gərgin yarışda qalib gəlməyi bacardı. Bu qələbə komandanın bütün üzvlərini qürurlandırır”.

Kaspi Təhsil Şirkəti Samir Məmmədovu təbrik edir və gələcək yarışlarda uğurlar arzulayır!

kaspi.edu.az

26.11.2024