8 Noyabr – Zəfər Günüdür
Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını Zəfər Günümüz münasibətilə təbrik edir!
Zəfər günü Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir.
Bu əlamətdar gün Azərbaycan xalqının birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, ordumuzun qüdrətini bütün dünyaya tanıdan tarixi hadisədir. Böyük Qələbə torpaq uğrunda özünü fəda edən igid oğulların qəhrəmanlığı sayəsində əldə olundu.

Qazandığımız Zəfər xalq olaraq bizi ölkə rəhbərinin ətrafında "Dəmir yumruq" kimi birləşdirdi. 8 noyabr 2020-ci il hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündür. Vətən müharibəsini qələbə ilə başa vurduğumuz Zəfər Günüdür. 8 Noyabr - Qarabağ münaqişəsinə silahlı qüvvələrimizin şücaəti və qəhrəmanlığı ilə nida qoyulduğu, bizlərə yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşadan əlamətdar gündür.
Kaspi Təhsil Şirkəti Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını Zəfər Günümüz münasibətilə təbrik edir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
kaspi.edu.az