Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib
Gələcək nəsli yeni çağırışlara hazırlamaq
Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabrın 24-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində keçirilən tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə festivala dair videoçarx nümayiş etdirilib.
.jpg)
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. Nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb və bildirib ki, builki festival şagirdlərdə ətraf mühitin sağlamlaşdırılması barədə fikirlərin formalaşmasına kömək edəcək.
Nazir çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Çıxışlardan sonra iştirakçıların festivala hazırlıq mərhələsini əks etdirən videoçarx təqdim olunub.
Daha sonra festivalda iştirak edən yerli və xarici komandaların təqdimatı keçirilib.
Açılış mərasimi bədii hissə ilə yekunlaşdırılıb.
Qeyd edək ki, festival 24 – 25 oktyabr tarixlərində keçiriləcək.
İki gün davam edəcək festivalda iştirakçılar COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilən iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə də cəlb olunacaqlar.
Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etməkdir.
.jpg)
kaspi.edu.az