XƏBƏRLƏR

"Parla" sizi Kaspi Kids filiallarına dəvət edir

“Öyrən, əylən, parla!” şüarı balacaların dostu olacaq

Sentyabrın 2-dən Kaspi Təhsil Şirkətinin Məktəbəqədər hazırlıq mərkəzləri qapılarını balacaların üzünə açacaq. Kaspi Kids brendinin yeni siması “Parla” uşaqları birgə öyrənməyə və əylənməyə dəvət edir. Hər bir guşəsi tədris modelimizin bir elementini ifadə edən “Parla” özünün “Öyrən, əylən, parla!” şüarı ilə həm tədris prosesində, həm də müxtəlif sosial fəaliyyətlərdə balacalarımızın dostu olacaq.


Daim yeniləşməyi və müasirləşməyi öz şüarına çevirən “Kaspi” KİDS-in bütün filialları balacalara “Əyləncəli tədris proqramı”, “Sosial bacarıqların inkişafı”nı təklif edir. Uşaqlar “Sağlam və təhlükəsiz” mühitdə oxumaqla yanaşı, “Psixoloq və loqoped” xidmətlərindən də istifadə edə biləcəklər.


 
Əlaqə:
*7878, (055) 515 78 78

Kaspi Təhsil Şirkəti hamıya uğurlu tədris ili arzulayır!

kaspi.edu.az

29.08.2024