"Tələbə" adını qazanmaq istəyirsinizsə ...
Kaspi Abituriyent Məktəbi şagirdləri universitetlərə qəbul imtahanlarına ən yaxşı şəkildə hazırlamaq missiyasını qarşıya məqsəd qoyub
Kaspi Təhsil Şirkəti 2007-ci ildən bəri ölkə vətəndaşlarına təhsil xidməti göstərir, hər növbəti tədris ili öz fəaliyyətini daha da təkmilləşdirir, xidmət növlərini və sahələrini genişləndirir.
2024/2025-ci Tədris ilində yeni Kaspi Abituriyent Məktəbi fəaliyyətə başlayacaq.
Kaspi Abituriyent xidmətinin rəhbəri Rəsul Ağayev kaspi.edu.az-a müsahibəsində Kaspi Abituriyent Məktəbi haqqında ətraflı məlumat verib:
Peşəkar, Səmərəli və Qənaətcil Təhsil!

- Rəsul müəllim, Kaspi Abituriyent Məktəbinin məqsədi və missiyası nədir?
- Kaspi Abituriyent Məktəbi Azərbaycan və rus bölmələri üzrə 10-cu və 11-ci sinif şagirdlərinin universitetlərə Qəbul imtahanlarına, yəni Buraxılış və Blok imtahanlarına hazırlıq prosesini özündə ehtiva edən İxtisas Qrupları üzrə Təmayüllü Məktəbdir. Sadə dildə izah etsək, Kaspi Abituriyent Məktəbinin məqsədi şagirdləri universitetə qəbul imtahanlarına ən yaxşı şəkildə hazırlamaqdır. Məktəbin missiyası, şagirdlərə yüksək keyfiyyətli təhsil verərək, onların akademik, sosial və emosional bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları üçün lazımi bilik və bacarıqları qazandırmaqdır. Məktəbimiz hər bir şagirdin fərdi ehtiyaclarını nəzərə alaraq, onları arzuladıqları universitetlərə qəbul olunmalarına, istədikləri ixtisas üzrə “tələbə” adını qazanmalarına dəstək olur. Şüarımız belədir: Peşəkar, Səmərəli və Qənaətcil Təhsil!
- Kaspi Abituriyent Məktəbi rəsmi təhsil sənədini, yəni “attestat” təqdim edirmi?
- Kaspi Abituriyent Məktəbi kurs əsaslı hazırlıq məktəbidir, eyni zamanda şagirdlərə rəsmi Attestat, yəni tam orta təhsil haqqında Dövlət Sənədi təqdim edir. Bu sənəd, şagirdlərin tam orta təhsili başa vurduğunu və ali təhsil müəssisələrinə müraciət edə biləcəklərini təsdiq edən rəsmi bir sənəddir. Attestat - şagirdlərin akademik biliklərinin və bacarıqlarının dövlət standartlarına uyğun olduğunu təsdiqləyir. Bu valideynlər üçün də əminlik yaradır ki, övladları lazım olan akademik bilik və bacarıqlarla təmin olunurlar.
- Kaspi Abituriyent Məktəbinin “kurs əsaslı hazırlıq məktəbi” olması dedikdə nəyi nəzərdə tutursunuz?
- Kaspi Abituriyent Məktəbi kurs əsaslı hazırlıq məktəbi olaraq şagirdlərə tam hazırlıq təklif edir, bu da şagirdlərin əlavə hazırlıq kurslarına və ya repetitorlara ehtiyac duymamasını təmin edir. Məktəbimizdə keçirilən dərslər universitetlərə qəbul imtahanlarına, yəni Buraxılış və Blok imtahanlarına hazırlıq üçün kifayət edir. Şagirdlər, burada həm nəzəri bilikləri, həm də praktiki bacarıqları qazanırlar. Bu yanaşma valideynlər üçün də sərfəli olur, çünki əlavə dərslər və ya kurslar üçün əlavə xərclərdən azad olurlar. Beləliklə, məktəbimizin tam və hərtərəfli tədris proqramı, şagirdlərin universitetlərə qəbul imtahanlarına effektiv şəkildə hazırlaşmalarını təmin edir.

Endirim kampaniyaları və güzəştlər
- Kaspi Abituriyent Məktəbində təhsilhaqqı necə müəyyən edilir və ödəniş üsulları necədir?
- Kaspi Abituriyent Məktəbində təhsilhaqqı valideynlər üçün optimal və sərfəlidir. Məktəbimiz yüksək keyfiyyətli təhsili münasib qiymətə təklif edir, bu da valideynlərin büdcələrinə qənaət etməsinə imkan yaradır. Təhsilhaqqı ödənişi rahatlaşdırmaq məqsədilə hissə-hissə, aylıq ödənişlər şəklində də həyata keçirilə bilər. Bu, valideynlər üçün maliyyə yükünü azaltmağa kömək edir. Həmçinin, məktəbimizdə müəyyən dövrlərdə endirim kampaniyaları və güzəştlər də mövcuddur. Bu kampaniyalar valideynlərə əlavə endirimlər əldə etmək imkanı yaradır və bu da təhsilhaqqının daha əlverişli olmasını təmin edir.
- Məktəbin tədris planı və proqramı necə tərtib edilir və şagirdlərin fərdi ehtiyaclarına necə uyğunlaşdırılır?
- Kaspi Abituriyent Məktəbinin tədris planı və proqramı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələb və standartlarına uyğun olaraq tərtib edilir və eləcə də şagirdlərin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən Buraxılış və Blok imtahanlarına hazırlaşmalarına yönəldilir.
Tədris metodları isə şagirdlərin fərdi ehtiyaclarına uyğun olaraq fərdiləşdirilir. Müəllimlər hər bir şagirdin güclü və zəif tərəflərini nəzərə alaraq, onlara uyğun tədris strategiyaları tətbiq edir. Fərdi yanaşma şagirdlərin öyrənmə sürətinə, maraqlarına və təhsil məqsədlərinə uyğun olaraq tədris prosesinin effektiv həyata keçirilməsinə imkan verir. Müəllimlər həmçinin şagirdlərin motivasiyasını artırmaq üçün interaktiv və maraqlı tədris metodlarından istifadə edir. Bu metodlar şagirdlərin öyrənmə prosesinə aktiv şəkildə qoşulmasına və onların təhsil materiallarını daha yaxşı mənimsəməsinə kömək edir.

Fərdi yanaşma və yüksək keyfiyyətli tədris
- Kaspi Abituriyent Məktəbinin müəllim heyəti necə seçilir?
- Kaspi Abituriyent Məktəbində təcrübəli və tələbkar müəllim heyəti, şagirdlərin akademik hədəflərinə çatmalarında mühüm rol oynayır. Müəllimlərimiz diqqətlə seçilir və onların hər biri öz sahəsində yüksək ixtisaslı və təcrübəlidir. Seçim prosesində müəllimlərin akademik bilikləri, tədris təcrübəsi, pedaqoji bacarıqları və motivasiya qabiliyyəti nəzərə alınır. Müəllimlərimiz dərsləri maraqlı və interaktiv şəkildə təqdim edir, şagirdlərin marağını artırır və öyrənmə prosesinə aktiv şəkildə cəlb edir. Müəllimlərimiz həm də şagirdlərin zəif tərəflərini müəyyənləşdirir və onların bu sahələrdə irəliləyiş göstərməsinə kömək edir. Bu cür fərdi yanaşma və yüksək keyfiyyətli tədris şagirdlərin akademik hədəflərinə çatmasına və universitetlərə qəbul imtahanlarında yüksək nəticələr əldə etməsinə imkan verir.
- Şagirdlər Kaspi Abituriyent Məktəbində hansı ixtisas qruplarına uyğun dərs alırlar və dərs saatları necə təyin edilir?
- Şagirdlər seçdikləri ixtisas qruplarına, yəni I, II, III, IV və V ixtisas qruplarına uyğun olaraq dərs alırlar. Hər bir ixtisas qrupuna uyğun olaraq, məktəbimizdə hər fənn üzrə maksimal sayda dərs saatı təyin edilib. Bu, şagirdlərin hər bir fənni dərindən öyrənmələrinə və universitetlərə qəbul imtahanlarına ən yaxşı şəkildə hazırlaşmalarına imkan verir. Həftədə 25+ saat hazırlıq proqramı təqdim edilir ki, bu da şagirdlərin fənləri əhatəli şəkildə mənimsəmələrini və biliklərini dərinləşdirmələrini təmin edir, yekunda şagirdlərin uğur qazanmasına imkan verir.
- Kaspi Abituriyent məktəbində şagirdlərin bilik və bacarıqları necə qiymətləndirilir?
- Məktəbimizdə şagirdlərin bilik və bacarıqları müntəzəm olaraq həftəlik və aylıq sınaq imtahanları vasitəsilə qiymətləndirilir. İl ərzində keçirilən hər bir sınaq imtahanının nəticələri diqqətlə analiz edilir. Bu nəticələr əsasında, şagirdlərin inkişaf dinamikası izlənilir və zəif tərəfləri müəyyən edilir. Valideynlərə də övladlarının akademik göstəriciləri haqqında məlumatlar mütəmadi olaraq göndərilir. Beləliklə, valideynlər övladlarının təhsil nəticələrindən vaxtından xəbərdar olur və ardıcıllıqla izləyə bilir.
Valideynlərin təhsil prosesində aktiv iştirakı
- Məktəbinizdə inzibati heyətin rolu nədən ibarətdir və onların valideynlərlə əlaqəsi necə təşkil olunur?
- Qayğıkeş və diqqətli inzibati heyətimiz şagirdlərin təhsil prosesinin effektiv və nizamlı şəkildə idarə olunmasında vacib rol oynayır. Onlar şagirdlərin dərs davamiyyəti, nizam-intizamı, davranışı və dərs hazırlıqlarına nəzarət edir. İnzibati heyət, şagirdlərin hər hansı bir problemi olduğu zaman valideynlərlə dərhal əlaqə saxlayır və vəziyyəti müzakirə edir. Valideynlərə övladlarının təhsili ilə bağlı müntəzəm məlumat verilir və hər hansı bir dəyişiklik və ya yenilik barədə xəbərdar edilir. Bu əlaqə valideynlərin övladlarının təhsil prosesində aktiv iştirak etməsinə və lazım olan hər cür dəstəyi təmin etməsinə imkan verir. Həmçinin, məktəb rəhbərliyi və inzibati heyət valideynlərin fikir və təkliflərini dinləmək və lazımi tədbirləri görmək üçün müntəzəm görüşlər və müzakirələr təşkil edir.
- Məktəbdə valideynlər və şagirdlər üçün əlavə dəstək xidmətləri hansılardır?

- Kaspi Abituriyent Məktəbində şagirdlər və valideynlər üçün müxtəlif əlavə dəstək xidmətləri mövcuddur. Şagirdlər üçün Şagird Mentoru və Psixoloq Xidməti fəaliyyət göstərir. Bu xidmətlər şagirdlərin akademik və şəxsi inkişafını dəstəkləyir və onların öz potensiallarını maksimum səviyyədə ortaya çıxarmalarına kömək edir. Şagirdlər mentorları ilə birlikdə akademik planlarını tərtib edə və təhsildə qarşılaşdıqları çətinlikləri müzakirə edə bilirlər. Psixoloq Xidməti isə şagirdlərin emosional və psixoloji dəstəyini təmin edir. Valideynlər üçün də maarifləndirici təlim və seminarlar təşkil olunur, bu da onların övladlarının təhsil prosesində aktiv iştirak etmələrinə və onlara dəstək olmalarına kömək edir.
Yekunda bu xidmətlər şagirdlərin təhsil prosesində maksimum potensiallarını ortaya çıxarmalarına və daha səmərəli hazırlaşmalarına təkan verir.
Təhlükəsiz şəraitdə təhsil almağa əminlik
- Kaspi Abituriyent Məktəbində şagirdlərin təhlükəsizliyi və rifahı necə təmin olunur?
- Məktəbimizdə şagirdlərin təhlükəsizliyi və rifahı ilk yerdədir. Bu məqsədlə məktəb binasında 24 saat çalışan təhlükəsizlik kameraları quraşdırılıb və peşəkar mühafizəçilər tərəfindən mühafizə təmin edilib. Şagirdlərin təhlükəsizlik və rifahı üçün müxtəlif tədbirlər həyata keçirilir. Məktəbimizdə qayğıkeş və diqqətli inzibati heyət şagirdlərin davamiyyəti, nizam-intizamı, davranışı və dərs hazırlıqlarına nəzarət edir. Hər hansı bir narahatlıq və ya problem olduğu halda, valideynlərə dərhal məlumat verilir. Bu tədbirlər valideynlərə övladlarının təhlükəsiz şəraitdə təhsil almalarına dair əminlik yaradır.
- Kaspi Abituriyent Məktəbində şagirdlər üçün seçdikləri ixtisas qrupu yönümlü sosial və mədəni fəaliyyətlər hansılardır?
- Məktəbimizdə şagirdlər üçün faydalı sosial mühit yaradılıb. Şagirdlər müxtəlif sosial və mədəni fəaliyyətlərdə iştirak edə bilərlər ki, bu da onların sosial bacarıqlarını və liderlik qabiliyyətlərini inkişaf etdirir. İxtisas qruplarına uyğun olaraq, şagirdlər müxtəlif klublar və dərnəklərə qoşula bilərlər. Bu klublar və dərnəklər şagirdlərin akademik maraqlarını və ixtisas seçimi yönümlü biliklərini inkişaf etdirmək üçün yaradılıb. Bundan əlavə, müxtəlif təlimlər, seminarlar və mədəni tədbirlər təşkil olunur. Bu tədbirlər şagirdlərin dünyagörüşünü genişləndirir və onların sosial bacarıqlarını inkişaf etdirir.
İxtisas seçiminə dəstək
- Qəbul imtahanlarından sonra Kaspi Abituriyent Məktəbində şagirdlərə ixtisas seçimində necə dəstək verilir?
- Məktəbimizdə şagirdlərə Dövlət İmtahan Mərkəzi (DİM) saytında qeydiyyatdan keçməkdə, ixtisas seçməkdə və kodlaşdırmada tam dəstək verilir. Şagirdlər və valideynlərə bu prosesdə ödənişsiz Mütəxəssis Dəstəyi təmin edilir. Mütəxəssislərimiz şagirdlərin akademik göstəriciləri və maraqları əsasında ixtisas seçimində yardım edir və onları doğru istiqamətə yönəldir. Həmçinin müraciət prosesində lazım olan bütün elektron sənədlərin düzgün şəkildə doldurulmasında və göndərilməsində kömək edilir. Bu dəstək şagirdlərin və valideynlərin müraciət prosesində qarşılaşa biləcəkləri çətinlikləri aradan qaldırır və onlara rahatlıq təmin edir.
- Kaspi Abituriyent Məktəbinə necə müraciət etmək və Qeydiyyatdan keçmək olar?

- Kaspi Abituriyent Məktəbinin 1 saylı Əhmədli Tədris Korpusunun ünvanı: Seyid Mirhəsən Ağa 1 (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05
Valideynlər və şagirdlər məktəbimizə müraciət edib, ətraflı məlumat ala bilər. Əməkdaşlarımız daim onlara yardımçı olmağa hazırdır.
Kaspi Abituriyent Məktəbini seçən və bizə etimad göstərən hər bir kəsə minnətdarlığımızı bildiririk!
kaspi.edu.az