XƏBƏRLƏR

İmtahanda uğurlu nəticə qazanmaq istəyirsinizsə...

Abituriyentlər və valideynlər yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı  Kurslarına minnətdarlıq edirlər

2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Onlar “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.

kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır,  həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir.

Siyahıda yer alan uğurlu abituriyentlərimizi siz də tanıyın:

Elçin Abuşov            (Qəbələ  -  626)

Xəlil Ağayev             (Qəbələ  -  625.2)

Hasib Mustafazadə  (Xətai     -  623.9

Fidan Şahsuvarova  (Əhmədli- 622.6)

Gülnar Tahirova      (Qəbələ -  616.5)

Ən böyük xəyallarımız

Elçin Abuşov hesab edir ki, imtahanda yüksək nəticə qazanmaq üçün aşağı siniflərdən yaxşı oxumaq lazımdır: “Müəllimlərin tövsiyələrinə qulaq asmaq və əməl etmək önəmlidir. İmtahanlarda qazandığım yüksək nəticəni məktəb və kurs müəllimlərimə borcluyam. Çünki onların mənim üzərimdə əməyi danılmazdır. Arzum ADİU-nun informasiya təhlükəsizliyi fakültəsində oxumaq və bu sahədə peşəkar mütəxəssis olmaqdır”.

Xəlil Ağayevin arzusu isə Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır: “Ən böyük xəyallarımdan biri müalicə işi ixtisasına yiyələnmək, bu sahədə yaxşı mütəxəssis olmaqdır”-deyə arzusundan danışır: “Sonrakı hədəflərim isə tibbin olduqca çox inkişaf etdiyi Almaniyada təhsilimi davam etdirmək və peşəkar həkim olmaqdır”. X.Ağayevin uğurunun sirri düzgün proqramla dəslərinə hazırlaşması olub: “Dərslərimi müntəzəm və cədvəllə hazırlayırdım. Belə olduqda mənim həm də istirahət etməyə vaxtım olurdu. Hesab edirəm ki, insan bütün arzularına nail ola bilər. Bunun üçün çalışmaqdan yorulmamalı və heç vaxt həvəsdən düşməməlidir”.

Hər bir insanın məqsədi olmalıdır

Hasib Mustafazadə imtahanda layiqli nəticəni  həvəsdən düşməyərək və məsuliyyətlə çalışaraq əldə etdiyini deyir: “Bu uğurda mənim üzərimdə valideynlərimlə birgə Kaspi kursundakı əziz müəllimlərim böyük əziyyət çəkiblər. Onlara həmişə minnətdaram! Arzum cərrah olmaqdır. Fikrimcə, hər bir insanın qarşıya qoyduğu məqsəd olmalıdır. Onda insan həmin məqsədinə çatmaq üçün həvəsli və inadkar olur”.

“Fikrimcə, insanın məqsədlərinə çatması üçün əsasən motivasiya olmalıdır”- deyə düşünən Fidan Şahsuvarova uğurlu nəticə qazanmasında ailəsinə və müəllimlərinə minnətdarlıq edir: “İmtahana hazırlaşan zaman nizam-intizam vacibdir. Əslində həyatımızda bundan sonra atdığımız addımlar daha önəmli rol oynayır. Özümüzü daim inkişaf etdirməliyik. Arzum hüquq sistemində işləyib bu sahədə peşəkar mütəxəssis olmaqdır. Ölkəmi harada olursa-olsun layiqli təmsil etmək istəyirəm”.

Peşəkar mütəxəssis olmaq arzusu

Gülnar Tahirova hesab edir ki, hər bir abituriyent  uşaqlıq dövründən istədiklərini əldə etmək üçün özünə bir yol seçməli və bunun üçün qətiyyətlə çalışmalıdır: “Mən də öz yolumu təhsildə gördüm. Bundan ötrü öncə aşağı siniflərdən dərslərimi yaxşı oxudum və bunun nəticəsində uğur əldə edə bildim. Müəllimlərim və valideynlərim mənim imtahanlarda layiqli nəticə qazanmağıma həmişə dəstək oldular. Məktəb müəllimlərim və Kaspi Abituriyent Hazırlığına təşəkkürümü bildirirəm! Mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmaq istəyirəm. Arzum layiqli mütəxəssis olmaq və vətənim üçün faydalı vətəndaş kimi xidmət göstərməkdir”

Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!

kaspi.edu.az

 

 

 

 

02.08.2024