Abituriyentlərimizin uğurlarının sirri
Abituriyentlər və valideynlər qazandıqları yüksək nəticəyə görə Kaspi Abituriyent Hazırlığı Kurslarına minnətdarlıq edirlər
2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında Kaspi Abituriyent Hazırlığı Kurslarında təhsil alan abituriyentlər də çoxdur. Onlar Buraxılış və Blok imtahanlarından yüksək bal toplayaraq valideynlərinə və oxuduqları təhsil müəssisələrinə böyük sevinc və qürur hissi yaşadıblar. Abituriyentlərimiz “Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarını sözün həqiqi mənasında doğruldublar.
kaspi.edu.az olaraq həmin abituriyentlərin siyahısında 600+ bal toplayanları oxucularımıza tanıtmaq qərarına gəldik. Bu gənclərin uğuru təkcə biliklərə yiyələndikləri təhsil müəssisəsini və valideynlərini qürurlandırmır, həmçinin gələcəkdə ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün layiqli örnəkdir. Beləliklə, onları sıra ilə təqdim edəcəyik.
Beşlikdə yer alan növbəti uğurlu abituriyentlərimizi tanıyın:
Fidan Əfəndizadə - (Qəbələ-664.2)
Elvin Sadıqov - (Əhmədli 663.8)
İkram Əliyev - (Əhmədli 663.7)
Nərmin Ağayeva - (661.3)
Selcan Əhmədova - (654.2)
Keyfiyyətli təhsil, səmimi mühit

Fidan Əfəndizadə bildirdi ki, uğurunun sirri vaxtından düzgün istifadə etmək və sistemli şəkildə çalışmaq olub: “Bu uğurumda Qəbələ Abituriyent və Repetitor Birliyinin və Kaspi Abituriyent Hazırlığı Kurslarının rolu danılmazdır. Kursumuzun keyfiyyətli təhsili, müəllim və şagirdlər arasındakı səmimi mühiti nailiyyət qazanmağımızın başlıca səbəbi oldu. Daim çalışmaq, heç vaxt həvəsdən düşməmək uğur qazanmaq üçün əsas şərtlərdəndir. Universitetə qəbul olmaq istəyənlərə tövsiyəm budur ki, əvvəlcə qarşılarına məqsəd qoysunlar və bu məqsədə çatmaq uğrunda daim inadkarlıqla və əzmlə çalışsınlar”.
.png)
“Bu uğur üçün bir çox maneələri dəf etməli oldum” deyən Elvin Sadıqov bildirir ki, imtahanlara intensiv hazırlaşıb: “Çoxlu mütaliə etdim. Əziyyət çəkdim, amma nəticəsinə nail oldum. Təbii ki, bu nailiyyətim sadəcə gecə-gündüz çalışma və zəhmət deyil, həmçinin genetik olaraq gələn bacarıqlardır. Bu uğura görə bütün müəllimlərimə, məni hər bir şəraitdə həm maddi, həm mənəvi dəstəkləyən valideynlərimə və möhtəşəm 111E qrupuna minnətdaram! Arzum BANM (Bakı Ali Neft Məktəbi) Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq və daha sonra xarici ölkələrdə təhsilimi magistratura səviyyəsində davam etdirməkdir. Bu yol çətin yoldur, amma çox və ağılla çalışan qazanır”.
Ölkəmizə layiqli vətəndaş olmaq arzusu
.png)
İkram Əliyev imtahanlarda uğur qazanmasına görə valideynlərinə və Kaspi hazırlıq kurslarına minnətdarlıq edir: “Kaspi kursları abituriyentlərə hər şəraiti yaradır. Mən bu kurslarda ödənişsiz təhsil qazandım. Həmçinin aylıq sınaq imtahanları ilə özünü yoxlaya bilmə fürsəti verilir. Bütün bunlar abituriyentlərin inkişafına böyük dəstək olur. Hər kəsə uğur qazanmaq üçün Kaspi kurslarını tövsiyə edirəm! Mən bu kurslarda yüksək nəticə əldə etdim. Arzum ixtisaslı və savadlı həkim, ən əsası, ölkəmə layiqli vətəndaş olmaqdır”.

Nərmin Ağayeva yüksək nəticə qazanmaq üçün davamlı çalışdığını deyir: “Uğurumun sirri gündəlik dərslərə hazırlıqlı gəlmək, əlavə olaraq evdə davamlı test işləmək və təkrar etməkdir. Arzum hüquqşünaslıq ixtisası üzrə ən yaxşı universitetlərdən birində təhsil almaq və ixtisasım üzrə peşəkarlıq qazanıb gələcəkdə peşəkar hüquqşünas olmaqdır”. Abituriyent bildirir ki, uğur qazanmağında həm oxuduğu məktəbin, həm də Kaspi kurslarının rolu böyükdür: “Müəllimlər dərslərimizə dəstək olur, bizə hər istiqamətdə motivasiya verir və ruhlandırırlar. Ali məktəbə hazırlaşan abituriyentlərə də tövsiyə edərdim ki, həmişə öz arzularının arxasınca getsinlər və heç vaxt ruhdan düşməsinlər”.

Selcan Əhmədova hesab edir ki, hər kəs təhsildə uğur qazana bilər. Sadəcə məqsədyönlü və çalışqan olmaq lazımdır: “Uğur qazanmağımın sirrini hədəflərimin olmasında və bu məqsədə çatmaq üçün daima çalışmağımda görürəm. Uğura gedən yolda yanımda olan ailəmə, məktəb və kurs müəllimlərimə minnətdaram” Arzum hüquqşünas olmaqdır. Gələcək abituriyentlərə tövsiyəm budur ki, aydın məqsədləri olsun və bu məqsədə çatmaq üçün səylə çalışsınlar!”
Kaspi Təhsil Şirkəti olaraq bütün abituriyentlərimizə gələcək təhsillərində uğurlar arzulayırıq!
kaspi.edu.az