XƏBƏRLƏR

17 abituriyentin uğur çələngi

Kaspi Abituriyentin rəsmi tərəfdaşıQəbələ Abituriyent və Repetitor Birliyinin 600+ toplayan abituriyentlərini hamımız tanıyaq

Kaspi Təhsil Şirkətinin filiallarında və nümayəndəliklərindəki Abituriyent Hazırlığı  Kurslarında təhsil alan abituriyentlər Buraxılış və Blok imtahanlarından yüksək nəticə əldə ediblər. Artıq ali məktəblərin qapısını açmaqda olan abituriyentlərimizdən 600+ toplayanlar böyük çalışqanlıqla bu nailiyyətə imza atıblar.

kaspi.edu.az olaraq həmin abituriyentləri ardıcıllıqla tanıtmaq qərarına gəldik. Onların hər biri uğurlarına görə təhsil aldıqları təhsil müəssisəsinə, müəllimlərinə və valideynlərinə minnətdarlıq edirlər.

Kaspi Abituriyentin rəsmi tərəfdaşı, Qəbələ Abituriyent və Repetitor Birliyinin 17 şagirdi imtahanlarda 600+ toplayaraq böyük uğura imza atıblar. Təhsil müəssisəsinin şagirdləri – Lalə Xancanova, Elşən Yusibov və Səidə Rəhimova Buraxılış imtahanında 300 bal toplayıblar. Qəbələ rayonu üzrə Buraxılış imtahanlarında maksimal nəticə göstərmiş hər 3 abituriyent Qəbələ Abituriyent və Repetitor Birliyində əlavə təhsil alıblar. Xatırladaq ki, tam orta təhsil səviyyəsi üzrə  martın 3-də keçirilən Buraxılış imtahanında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən 14-şagirddən 3-ü məhz Kaspi Abituriyentin rəsmi tərəfdaşı, Qəbələ Abituriyent və Repetitor Birliyinin şagirdləridir.

Onları hamımız tanıyaq!

Kaspi Abituriyentin rəsmi tərəfdaşıQəbələ Abituriyent və Repetitor Birliyinin 600+ toplayan abituriyentlərini hamımız tanıyaq. 

Elşən Yusubov                  (682.2)

Səidə Rəhimova                (681.3)

Samur Eyyubov                (674.7)

Lalə Xancanova                (672.4)

Fidan Əfəndizadə              (664.2)

Nərmin Ağayeva               (661.3)

Kamran Abdurəhmanov  (628.4)

Zərifə Mustafayeva           (628.8)

David Abdurahmanov       (640.7)

Selcan Əhmədova               (654.2)

Songül Adilova                    (636.1)

Elçin Abuşov                       (626)

Xəlil Ağayev                        (625.2)

Gülnar Tahirova                 (616.5)

Lalə Nəbizadə                      (607.1)

Zərifə Muradova                 (605.6)

Leyla Ədilova                      (603.6)

 

Filialın təsisçisi və icraçı direktoru Tahir Məsimov 10 illiyini qeyd edən Kaspi Abituriyentin rəsmi tərəfdaşı Qəbələ ARB-nin məzunlarının uğurlarının başlıca səbəblərini belə açıqladı: “Rayon ictimaiyyəti qarşısında qazanılmış inam; Kursla valideyn-şagird, həmçinin müəllim arasında qurulmuş səmimi ortam; Hazırlığın bir məkanda aparılması və bu səbəbdən boş vaxt itkisinin olmaması; Dərs cədvəlinin qurulması zamanı fənlərin cədvəl üzrə düzgün yerləşdirilməsinin mütləq şəkildə nəzərə alınması; Dərslərin əvvəlcədən müəyyən olunmuş proqram əsasında tədris edilməsi;  Şagirdlərin biliyinin qiymətləndirilməsi üçün DİM proqramına uyğun həftəlik və aylıq sınaq imtahanlarının təşkili; 600+ toplayanların böyük əksəriyyətinin aşağı siniflərdən kursda təhsil alması; Kursda çalışan müəllimlərin rayonun ən yaxşı müəllimləri sırasından seçilməsi və onların yüksək peşəkarlığı; Kursun icraçı direktor müavini və İmtahan bölməsinin rəhbəri Taleh Babayevin öz işinə xüsusi həssaslıqla yanaşması; Kursun yuxarı yaş qrup rəhbəri Ələsgər Nəbiyevin tədrisin keyfiyyətini daim nəzarətdə saxlaması, valideyn və şagirdlərlə doğru seçilmiş səmimi bir ortam yaratması; Ən əsası şagirdlərin çalışqanlığı və əzmkarlığı”.

Etimadı doğrultduq!

kaspi.edu.az imtahanlarda uğur qazanan abituriyentlərimizdən bir qisminin ürək sözlərini təqdim edir:

Elşən Yusibov  nailiyyət qazanmasında müəllimlərinin rolunu qeyd edir: “Fənn müsabiqələrində, Respublika Fənn olimpiadalarında Riyaziyyat-kimya üzrə Bürünc medal qazanmışam. “Əlaçı” verilişinin qalibi olmuşam. 9-ci sinfi də əla qiymətlərlə başa vurmuşam. Buraxılış imtahanında 289 bal toplayaraq rayon birincisi kimi fərqlənməyim mənə böyük sevinc yaşatdı. Uğurlarımda fənn və kurs müəllimlərinin zəhməti danılmazdır. Səhərlər məktəbdə, günortadan sonra Qəbələdəki Kaspi Nümayəndəliyində oxumuşam, gecə-gündüz  vaxtımı oxumağa sərf etmişəm. Arzum Tibb Universitetinə daxil olmaq, kardiocərrah olmaqdır”. E.Yusibov sonra təhsilini xaricdə davam etdirmək arzusundadır: “Arzum savadlı bir mütəxəssis kimi ölkəmizə qayıdıb xalqımıza xidmət etməkdir”.

Səidə Rəhimova  da sevincini bölüşür: “Uğur qazanmağımda Kaspi Abituriyentin rəsmi tərəfdaşı olan Qəbələ Abituriyent və Repetitor Birliyinin böyük rolu var. Buna görə təhsil mərkəzinin kollektivinə təşəkkürlərimi bildirirəm! Valideynlərimin və müəllimlərimin etimadını doğrultduğum üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm!”

Lalə Xancanova  uğurunun sirrini dərslərə hər zaman hazırlıqlı olmaq, təkrar etmək və verilən tapşırıqları yerinə yetirməklə əlaqələndirir: “Arzum istədiyim universitetə qəbul olaraq hüquqşünas olmaqdır. Məktəbdəki və kursdakı müəllimlərim hər zaman mənə dəstək olublar. Onlar öyrətdikləri ilə yanaşı, imtahanla əlaqəli gərginliyini azaltmaq və s. mövzularda hər zaman bizə yardım ediblər. Aşağı siniflərə tövsiyəm isə hər zaman dərslərini yaxşı oxumaları və təkrar etmələridir.

Lalənin atası Elvin Xancanov övladı ilə qürur duyur: Hər bir valideynin arzusu olduğu kimi mənim də arzum idi ki, övladım imtahanda yüksək nəticə göstərsin. Mən də bir valideyn olaraq övladımın bu uğuru ilə qürur duyuram. Lalənin timsalında bütün məzunlara uğurlar arzulayıram!”

Zərifə Mustafayeva uğurun sirrini aşağı siniflərdə oxuyarkən tapıb: “Mən uğurun sirrini dərslərimə səylə çalışmağımda, zəif nöqtələrimin üzərində çox çalışmaqda görürəm. Məqsədim ixtisasımı mükəmməl öyrənmək, magistr və yuxarı təhsil pillələrini xarici universitetlərdə oxumaq və müxtəlif dillər öyrənməklə ölkəmi tanıtmaqdır”. Z.Mustafayeva oxuduğu məktəbə və müəllimlərinə minnətdarlıq edir: “Müəllimlərimin öyrətdikləri, üzərimdə olan əziyyətləri danılmazdır. Məktəb bizi tam yetkin bir fərd kimi gələcəyə hazırlayıb. Həm məktəbdəki, həm kursdakı bir-birindən dəyərli müəllimlərimə sonsuz təşəkkür edirəm!” Abituriyent ali məktəbə hazırlaşan şagirdlərə tövsiyələrini də verir: “Dərslərinə aşağı siniflərdən çox önəm versinlər, “mən 3-cü qrupam, fizika, kimya oxumuram, heç bir qrupu ayırmasınlar. Bütün fənləri oxusunlar ki, ilkin məlumatları olsun. Çox təkrar etsinlər, davamlı test işləsinlər və səhvləri üzərində daha çox vaxt ayırsınlar. Dəqiq məqsədləri olsun və hər gün o məqsədə çatmaq üçün çalışsınlar”.

Nərmin Ağayeva  yüksək nəticə qazanmaq üçün davamlı çalışdığını deyir: “Uğurumun sirri gündəlik dərslərə hazırlıqlı gəlmək, əlavə olaraq evdə davamlı test işləmək və təkrar etməkdir. Arzum hüquq fakultəsində, ən yaxşı universitetlərdən birində təhsil almaq və ixtisasım üzrə peşəkarlıq qazanıb gələcəkdə yaxşı bir hüquqşünas olmaqdır”.  Abituriyent bildirir ki, uğur qazanmağında həm məktəbin, həm də Kaspi-nin rolu böyükdür: “Müəllimlər dərslərimizə dəstək olur, bizə hər cəhətdən motivasiya verirlər və ruhlandırırlar. Ali məktəbə hazırlaşan abituriyentlərə də tövsiyə edərdim ki, həmişə öz arzularının arxasınca getsinlər və heç vaxt ruhdan düşməsinlər”.

İmtahanlarda uğur qazanan digər abituriyentlərimizin ürək sözlərini də təqdim edəcəyik.

Kaspi Təhsil Şirkəti olaraq Kaspi abituriyentlərinin valideynlərini və fədakar müəllimlərini təbrik edirik!

Buraxılış və qəbul imtahanında uğur qazanan bütün məzunlara gələcək təhsillərində uğurlar arzulayırıq!

kaspi.edu.az

12.07.2024