Kaspi Abituriyentləri bu il də yüksək nəticə göstərdi!
Kaspi Abituriyent Xidməti 2024/2025-ci tədris ilində ölkə vətəndaşlarına yeni "Kaspi Abituriyent Məktəbi"-ni təqdim edir
2008-ci ildən fəaliyyət göstərən Kaspi Abituriyent Xidməti artıq 16 ildir ki, uğurla fəaliyyətini davam etdirir. Bu illər ərzində 10000-dən çox Kaspi Məzunu "Tələbə" adını qazanmış və “Bu günün Kaspi Abituriyenti, sabahın universitet tələbəsidir!" şüarını doğrultmuşdur. Eləcə də, Kaspi Abituriyent məzunları içərisində 428 nəfər Prezident təqaüdçüsü də vardır və bu il bu say daha da çoxalacaqdır.
2023/2024-cü Tədris ilində Kaspi Abituriyent hazırlığı kurslarında təhsil alan abituriyentlər həm Buraxılış, həm də Blok imtahanlarında yüksək nəticə göstərmişdir.
137 Kaspi abituriyenti Buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərmişdir. Respublika üzrə 53 abituriyent maksimum nəticə - 300 baldan toplamışdır və bu siyahıda 3 Kaspi Abituriyenti də var: Lalə Xancanova, Elşən Yusifov, Səidə Rəhimova - Kaspi Çempionlarıdır!
Eləcə də I, II, III və IV ixtisas qrupları üzrə keçirilmiş blok imtahanlarında da Kaspi abituriyentlərinin nəticələri yüksək olmuşdur. 52 Kaspi Abituriyenti 300 baldan yuxarı nəticə göstərmiş və maksimum nəticə 394.1 balla Fatimə Hünbətova Kaspi Çempionudur!
Sizə ilk 10-luğa daxil olan abituriyentlərin siyahısını təqdim edirik:
Fatimə Hünbətova - 394,3 bal

Samur Eyyubov - 388 bal

Elvin Sadıqov - 384,1 bal

Elşən Yusibov - 382,2 bal

İbrahim Əsgərzadə - 381,8 bal

Rəhimova Səidə - 381,3 bal

Zeyqəm Hüseynli - 380,9 bal

Miqdad Məmmədov - 379,9 bal

İkram Əliyev - 379,5 bal
Rübabə Səmədzadə - 377,3 bal

Buraxılış və Blok imtahanları üzrə birlikdə ümumi nəticəsi 600 baldan yuxarı olan Kaspi Abituriyentlərinin sayı 38 nəfərdir və maksimum nəticə 683,7 balla Fatimə Hünbətova Kaspi Çempionudur!
Sizə ilk 10-luğa daxil olan abituriyentlərin siyahısını təqdim edirik:
Fatimə Hünbətova - 683,7 bal

Yusibov Elşən - 682,2 bal

Rəhimova Səidə - 681,3 bal

İbrahim Əsgərzadə - 677 bal

Miqdad Məmmədov - 675,7 bal

Samur Eyyubov - 675 bal
.jpg)
Zeyqəm Hüseynli - 674,9 bal

Rübabə Səmədzadə - 674,6 bal

Lalə Xancanova - 672 bal

Bəhlul Abdullazadə - 667,9 bal

Onlarla abituriyentimiz fənlər üzrə maksimum – 100% nəticə göstərmişdir, yəni fənn üzrə bütün sualları doğru cavablandıra bilmişdir. Bütün bu uğurlu nəticələr uzun illərin zəngin təcrübəsi, valideynlərmizin və müəllimlərmizin gərgin və fədakar əməyi, Kaspi əməkdaşlarının davamlı səyləri və əzmkar fəaliyyəti nəticəsində qazanılıb. Kaspi Abituriyentləri hər il uğur göstəricilərini yaxşılaşdıraraq arzuladıqları universitetlərin tələbəsi olur: seçdikləri ixtisası daha dərindən öyrənmək və mütəxəssis olmaq üçün ali təhsil pilləsinə qədəm qoyurlar. Kaspi Məzunları hal-hazırda ölkə daxilində və ölkə xaricində öz təhsil və karyera fəaliyyətini uğurla davam etdirirlər. Bütün Kaspi Məzunları ilə qürur duyuruq!
Kaspi Abituriyent Xidməti 2024/2025-ci tədris ilində ölkə vətəndaşlarına yeni "Kaspi Abituriyent Məktəbi"-ni təqdim edir. "Kaspi Abituriyent Məktəbi" Azərbaycan və rus bölmələri üzrə 10-cu və 11-ci sinif şagirdlərini universitetlərə qəbul imtahanlarına, yəni Buraxılış və Blok imtahanlarına hazırlıq prosesini özündə ehtiva edən ixtisas qrupları üzrə təmayüllü məktəbdir. Kurs əsaslı məktəb olduğumuz üçün əlavə heç bir hazırlığa ehtiyac yoxdur. Kaspi Abituriyent Məktəbini üstünlükləri:
1. Attestat - Orta təhsil haqqında Dövlət sənədi
2. Effektiv hazırlıq proqramı - Buraxılış və Blok imtahanlarına effektiv hazırlıq
3. Büdcənizə və vaxtınıza qənaət - Daha az xərclə daha sürətli və uğurlu nəticələr
4. Peşəkar Psixoloq və Mentor dəstəyi - Məqsədinə nail olmaq üçün plan, motivasiya və rəhbərlik
Kaspi Abituriyent Məktəbi: 1 saylı Əhmədli tədris korpusu
Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05

Siz də əlavə qayğılardan azad olub, övladınızın təhsil həyatını bizim "Kaspi Abituriyent Məktəbi"-ndə davam etməsini istəyirsinizsə, Müraciət Formunu doldurub, qeydiyyatdan keçin. Link: https://forms.gle/vGLF7Jf9xBDvbK3K8
Əməkdaşımız Sizə mütləq geridönüş edəcəkdir!
Kaspi Abituriyent xidmətini seçən və bizə ehtimad göstərən hər bir kəsə təşəkkür edirik. Kaspi Abituriyentin müəllimləri və inzibati əməkdaşları bütün səylərini ölkəmizin gələcəyi olan abituriyentlərin öz bilik və bacarıqlarının ortaya çıxarması və məqsədlərinə nail olması üçün daim səfərbər edir.
kaspi.edu.az