XƏBƏRLƏR

"Kaspi Abituriyent Məktəbi" 2024/2025-ci Tədris ili üçün Qəbul elan edir

Qəbul və Qeydiyyat Azərbaycan və rus bölmələrinə X və XI sinif şagirdlərini əhatə edir

Kaspi Abituriyent Məktəbi X və XI sinif şagirdlərinin universitetlərə Qəbul imtahanlarına - Buraxılış və Blok imtahanlarına hazırlıq prosesini özündə ehtiva edən ixtisas qrupları üzrə Təmayüllü Məktəbdir.

Niyə "Kaspi Abituriyent Məktəbi"-ni seçək?

- Şagirdlərə yerli Attestat - orta təhsil haqqında Dövlət Sənədi təqdim edirik;

- Kurs əsaslı Hazırlıq Məktəbi olduğumuza görə məktəbimizdən əlavə heç bir hazırlığa ehtiyac yoxdur;

- Təhsilhaqqı məbləği optimal və valideynlər üçün sərfəlidir: büdcənizə qənaət edirsiniz;

- Ödənişi hissə-hissə aylar üzrə də ödəmək mümkündür;

- Əlavə güzəştlər var: endirim kampaniyalarından yararlana bilirsiniz;

- Şagirdlər Buraxılış (V ixtisas qrupu) və Blok (I, II, III, IV ixtisas qrupları) imtahanlarına effektiv hazırlaşırlar: zamanı düzgün dəyərləndirirsiniz!

- İxtisas qruplarına uyğun olaraq hər bir fənn üzrə dərs saatları maksimal saydadır: həftədə 25+ saat hazırlıq proqramı təqdim edirik;

- İnnovativ tədris metodları, resurslar və materialları şagirdlərin öyrənməsi və hazırlığı prosesini daha maraqlı edir;

- Şagirdin bilik və bacarıqları müvafiq qaydada həftəlik və aylıq Sınaq İmtahanları vasitəsi ilə davamlı olaraq qiymətləndirilir: il ərzində 14 sınaq imtahanı keçirilir, nəticələr analiz edilərək, valideylərlə paylaşılır;

- “Tədrisin Onlayn İdarə edilməsi Sistemi” adlı elektron portalımız vasitəsilə valideynlər övladları barəsində mütəmadi məlumat alır: şagirdlərin İnkişaf Dinamikasını izləyirsiniz;

- Şagirdlərin təhlükəsizliyi və rifahı görülən tədbirlər sayəsində təmin edilir: təhlükəsizlik kameraları 24 saat işləyir və mühafizəçilər hər zaman növbədədir; 

- Təcrübəli və tələbkar Müəllim Heyəti şagirdlərin akademik hədəflərinə və məqsədlərinə çatmalarına nail olur;

- Qayğıkeş və diqqətli İnzibati Heyət şagirdlərin davamiyyəti, nizam-intizamı, davranışı və dərs hazırlıqlarına nəzarət edir və valideyni vaxtında məlumatlandırır;

- Valideyn və şagirdlər üçün əlavə dəstək Xidmətləri – Şagird Mentoru və Psixoloq Xidməti fəaliyyət göstərir: şagirdmərkəzli yanaşma onların öz potensiallarını maksimum səviyyədə ortaya çıxarmalarına və universitetlərə qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək edir;

- Şagirdlər üçün faydalı sosial mühit, seçdikləri ixtisas qrupu yönümlü sosial və mədəni fəaliyyətlər, eləcə də Valideynləri üçün öyrədici və maarifləndirici təlim və seminarlar təşkil olunur;

- Sonda şagirdlərin Dövlət İmtahan Mərkəzi (DİM) saytında qeydiyyatdan keçirilməsində, ixtisas seçimində və kodlaşdırmada valideyn və şagirdlərə ödənişsiz Mütəxəssis Dəstəyi verir və yardımçı oluruq;

Siz də əlavə qayğılardan azad olub, övladınızın təhsil həyatını bizim "Kaspi Abituriyent Məktəbi"-ndə davam etməsini istəyirsinizsə, Müraciət Formunu doldurub, qeydiyyatdan keçin!

Keçid üçün link: https://forms.gle/dVdhgs7HhYTfVrc29

Əməkdaşımız Sizə mütləq geridönüş edəcəkdir!

Kaspi Abituriyent Məktəbi 1 saylı Əhmədli Tədris korpusu

Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)

Əlaqə nömrəsi:  (012) 370 74 05;   (070) 370 74 05

kaspi.edu.az

24.06.2024