XƏBƏRLƏR

Abituriyentlərin nəzərinə: İnformatika və coğrafiya imtahanlarının nəticələri bu həftə açıqlanacaq

İmtahanlarda 18 mindən çox abituriyent iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 9-da keçirilmiş abituriyentlər üçün əlavə qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq.

Söhbət I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahandan gedir.
kaspi.edu.az DİM-ə istinadən məlumat verir ki, 9 iyun imtahanların nəticələrinin bazar gününədək elan olunacağı istisna edilmir.
Xatırladaq ki, 14 şəhər və rayonda təşkil olunmuş imtahanlarda 18 mindən çox abituriyent iştirak edib.

kaspi.edu.az

20.06.2024