Ramazan bayramınız mübarək!
Mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik!
Ümumbəşəri əhəmiyyətə malik Ramazan bayramı insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir. Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır.
Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.

Bu əziz gündə ailələrə firavanlıq, süfrələrə xeyir-bərəkət, hər evə sevinc arzulayırıq!
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə ehtiramla yad edirik!
Kaspi Təhsil Şirkəti Mübarək Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edir, sağlıq, əmin-amanlıq, bol ruzi-bərəkət, birlik, sevgi dolu günlər arzulayır.
Mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik!
Qeyd edək ki, Ramazan ayı mart ayının 11-də başlayıb. Aprelin 10-11-də Ramazan bayramı qeyd olunacaq. Bayram namazı aprelin 10-da qılınacaq.
Ramazan bayramınız mübarək!
kaspi.edu.az