Kaspi Abituriyentin Psixoloq xidməti üzrə fəaliyyəti daha da intensivləşib
Valideynlər və abituriyentlərlə canlı şəkildə görüşlər təşkil olunub
Kaspi Abituriyent Hazırlıq kursları valideynlərə və abituriyentlərə dəstək məqsədilə Psixoloq xidmətini təqdim edir.
2023/2024-cü Tədris ilinin sentyabr ayından etibarən Kaspi Abituriyentin psixoloqu İlkin Əliyev tərəfindən İllik Fəaliyyət Planına uyğun olaraq, valideynlər və abituriyentlərlə görüşlər keçirilib, təlimlər və seminarlar təşkil olunub, fərdi konsultasiyalar aparılıb.

Abituriyentlərə qarşılaşdıqları çətinliklər, dərs çalışma, vaxtdan düzgün istifadə edə bilmə, işləri planlama, imtahan qayğısı və digər vacib mövzularda tövsiyələr verilib. Eləcə də valideynlərə övladları ilə bağlı yaş xüsusiyyətləri, ünsiyyət qurma, empatiya, müsbət münasibətlər mühitini yaratma və digər məsələlərlə bağlı həll yolları göstərilib. Görüşlərdə valideynlərin sualları və problemləri dinlənib, onlarla övladlarının tədris fəaliyyətinə, uğuruna dəstək verəcək şəkildə birgə əməkdaşlıq qurulub.
2024-cü ilin yanvar ayından etibarən Kaspi Abituriyentin Psixoloq xidməti üzrə fəaliyyətləri daha da intensivləşib. Məlum olduğu kimi, mart ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) Buraxılış imtahanlarına başlayıb. Ona görə də 2 ay ərzində həm valideynlər, həm də abituriyentlər üçün imtahan öncəsi fəaliyyətlər, imtahan stressi, valideyn və abituriyentlərin yol verdikləri yanlışlıqlar, onların effektiv həll yolları kimi əhəmiyyətli məqamları özündə ehtiva edən tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində valideynlər və abituriyentlərlə canlı şəkildə görüşlər təşkil olunub. Vaxt və iş çətinlikləri olan valideynlər üçün onlayn şəkildə, Zoom platforması üzərindən seminarlar təşkil edilib. Abituriyentlərin imtahanlara səmərəli hazırlığı və öz potensiallarına uyğun uğurlu nəticələr əldə etməsi üçün addımlar atılıb.
.jpg)
Kaspi Abituriyent Hazırlıq kurlslarının Psixoloq xidməti valideynlərə və abituriyentlərə dəstək məqsədilə əhəmiyyətli rol oynayır, valideynlər və abituriyentlərin təhsil prosesində müvəffəqiyyət qazanmalarına yardım edir və onların potensiallarını artırmaq üçün güclü bir zəmin yaradır. Valideynlər və abituriyentlər üçün təqdim edilən psixoloji dəstək, təhsil prosesində qarşıya çıxa biləcək problemləri həll etməyə kömək edir, onların motivasiyasını artırır və tədris prosesində valideynlər və abituriyentlər arasında sıx əlaqə və münasibət formalaşdırmağa yardım edir.
Hazırlıq mərkəzlərimizin rəhbərləri və əməkdaşları valideynlərlə sıx əlaqə saxlayır, abituriyentlərin potensiallarını maksimuma yüksəltmək və onların təhsil hədəflərinə nail olmalarına kömək etmək üçün bir sıra effektiv strateji və dəstək tədbirləri təklif edir. Həmçinin valideynlərlə birlikdə övladlarının tədris fəaliyyətinə səmərəli dəstək göstərmək məqsədilə çalışır.
Kaspi Abituriyent Xidmətini seçən və bizə etimad göstərən hər bir valideynə təşəkkürümüzü bildiririk! Abiturieyntlərə imtahanlarda zehin açıqlığı və uğurlar diləyirik! Şüarımız dəyişmir: “Bu günün Kaspi abituriyenti, sabahın universitet tələbəsidir!”
kaspi.edu.az