XƏBƏRLƏR

Od Çərşənbəniz mübarək!

2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib

Od Çərşənbəsi - Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xatırladaq ki, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

kaspi.edu.az xəbər verir ki, 2024-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu istiqamətdə, hər birimiz təbiətimizin dostu olmaqla, karbon emissiyasını azaltmaq üçün, fərdi avtomobillərdən istifadəni azalda bilər, ictimai nəqliyyatdan istifadə edə bilərik. Eyni zamanda, qısa məsafəli səyahət üçün, piyada, velosiped ilə və ya digər elektromobillərlə hərəkət edə bilərik.

Od Çərşənbəniz mübarək!

kaspi.edu.az

 

05.03.2024