XƏBƏRLƏR

Bu gün Novruzun ilk müjdəçisi – Su Çərşənbəsidir

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Bu il yazın gəlişi - Çərşənbələrin və Novruz bayramının qeyd edilməsi Azərbaycan xalqı üçün xüsusən əlamətdardır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu istiqamətdə, hər birimiz təbiətimizin dostu olmaqla, ən dəyərli ehtiyat olan suya daima qənaət edə bilər və su israfını minimuma endirə bilərik.

Su Çərşənbəniz mübarək!

kaspi.edu.az

27.02.2024