Kaspi Liseyinin 25 şagirdi Respublika Fənn Olimpiadalarının yarımfinalında
İstedadlı uşaqların aşkar edilməsi, fənlərə olan marağın artırılması, sağlam rəqabət mühitində bilik və bacarıqların nümayiş etdirilməsi üçün imkan
Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.
Kaspi.edu.az xəbər verir ki, 24 dekabr 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı apelyasiyaya müraciət etmək üçün ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
RFO -nun I mərhələsində Kaspi Liseyinin aşağıda adları verilmiş şagirdləri uğur qazanaraq Olimpiadanın yarımfinal mərhələsində iştirak hüququ qazanıblar. Qeyd edək ki, Kaspi Liseylərinin ümumilikdə 25 şagirdi Olimpiadanın yarımfinal mərhələsində iştirak edəcək.
Ağ şəhər liseyi (Azərbaycan) - 12 şagird
Ağ şəhər liseyi (Rus) - 3 şagird
Bakıxanov Liseyi - 10 şagird
|
№ |
Ad və Soyad |
Sinif |
Məktəb |
Fənn |
|
1 |
Ləman Şükürlu |
9 |
Ağ şəhər liseyi (Aze) |
İnformatika |
|
2 |
Leyla Quliyeva |
9 |
Ağ şəhər liseyi (Aze) |
Azərbaycan dili və Ədəbiyyat |
|
3 |
İkram Pirmalıyev |
9 |
Ağ şəhər liseyi (Aze) |
Coğrafiya |
|
4 |
Fuad Əlimirzə |
10 |
Ağ şəhər liseyi (Aze) |
Riyaziyyat |
|
5 |
Ömər Əhmədov |
10 |
Ağ şəhər liseyi (Aze) |
Riyaziyyat |
|
6 |
Yunus Sadıxov |
9 |
Ağ şəhər liseyi (Aze) |
İnformatika |
|
7 |
Rüstəm Dostuyev |
10 |
Ağ şəhər liseyi (Aze) |
Riyaziyyat |
|
8 |
Mətin Cəfərli |
10 |
Ağ şəhər liseyi (Aze) |
Riyaziyyat |
|
9 |
Ömər Abdulla |
9 |
Ağ şəhər liseyi (Aze) |
İnformatika |
|
10 |
Nərgiz Nəcəfli |
9 |
Ağ şəhər liseyi (Aze) |
İnformatika |
|
11 |
Səid Nəzərli |
9 |
Bakıxanov liseyi (Aze) |
Fizika |
|
12 |
Məhəmməd Qənbərli |
11 |
Ağ şəhər liseyi (Aze) |
Riyaziyyat |
|
13 |
Selcan Umudova |
11 |
Ağ şəhər liseyi (Aze) |
Azərbaycan dili və Ədəbiyyat |
|
14 |
İsa Qasımov |
8 |
Ağ şəhər liseyi (Rus) |
Biologiya |
|
15 |
İbrahimValehli |
10 |
Ağ şəhər liseyi (Rus) |
Fizika |
|
16 |
Rəvan Əlizadə |
10 |
Ağ şəhər liseyi (Rus) |
Coğrafiya |
|
17 |
Hüseyn Hüseynzadə |
8 |
Bakıxanov liseyi |
Coğrafiya |
|
18 |
Fateh Yusifli |
8 |
Bakıxanov liseyi |
Riyaziyyat |
|
19 |
Türkan Hüseynli |
8 |
Bakıxanov liseyi |
İnformatika |
|
20 |
İsa Həsənzadə |
8 |
Bakıxanov liseyi |
Riyaziyyat |
|
21 |
Nərgiz İbrahimli |
8 |
Bakıxanov liseyi |
İnformatika |
|
22 |
Məryəm Əliyeva |
8 |
Bakıxanov liseyi |
İnformatika |
|
23 |
Şəms Əliyeva |
9 |
Bakıxanov liseyi |
Biologiya |
|
24 |
Ayxan Əlləzov |
10 |
Bakıxanov liseyi |
Coğrafiya |
|
25 |
Nihad Salmanlı |
10 |
Bakıxanov liseyi |
Tarix |
Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
.jpg)
Kaspi Təhsil Şirkəti bütün şagirdləri və müəllimləri təbrik edir, növbəti mərhələdə uğurlar arzulayır!
Kaspi.edu.az