Kaspi Liseyinin şagirdi Tailanddan Gümüş medalla qayıtdı!
Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında qazanılan uğur
1 – 10 dekabr tarixlərində Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Kaspi.edu.az Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,
Olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi Liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal qazanıblar.
Məktəblilərimizi təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!
kaspi.edu.az