"Sevindirici nəticələr əldə etdik"
Kaspi Sumqayıt Filialının şagirdlərinin qəbul imtahanlarındakı uğuru
Kaspi Sumqayıt filialı abituriyentlərin ali təhsil müəssisələrinə Qəbul və Buraxılış imtahanlarına hazırlığında yüksək nəticələri ilə fərqlənir. Təkcə ötən tədris ilinin - 2022/2023-cü ilin yekunları bu uğurdan danışmağa əsas verir.
Kaspi Sumqayıt filialının Abituriyent şöbəsinin meneceri Ləman Süleymanova kaspi.edu.az-a müsahibəsində Abituriyent xidməti üzrə görülmüş işlər və gələcək planlardan danışıb.
- Ötən tədris ili filial üçün hansı uğurlarla yadda qalıb?
- Sevindirici haldır ki, keçən il şagirdlərimizin 99% - i tələbə adını qazandı. Məzunlarımız Azərbaycanın nüfuzlu universitetlərinə qəbul oldular. Onlar arasında ödənişsiz təhsil alanların sayının çoxluğu bizi daha da qürurlandırdı. Bununla yanaşı, “Məktəbli” xidmətimizdə təhsil alan şagirdlərimizin arasında gimnaziya və liseylərə yüksək balla qəbul olanlar da oldu.
-Abituriyentlər sizin etimadınızı tam doğruldublar...
-Təbii ki, sevindirici nəticələr əldə etdik. Məzunlarımızın hər ay Kaspi Təhsil Şirkətinin keçirdiyi sınaq imtahanında topladığı nəticələr Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələri ilə üst-üstə düşdü. Bu, filial üçün yüksək nəticədir.
-Hazırda tədris ilinə hansı yeniliklərlə start vermisiniz?
-Bu il binamızda yalnız Abituriyent, Məktəbli, İbtidai sinif hazırlığı və Poliqlot xidmətlərimiz fəaliyyət göstərəcək. Bizə müraciət edən hər bir şagird və abituriyentin rahat və təhlükəsiz mühitdə keyfiyyətli təhsil almaları üçün imkanlarımızı daha da genişləndirmişik. Eləcə də şagirdlərimizin tənəffüs zamanı dincəlmələri üçün yeni kantinimiz fəaliyyətə başlayacaq.
-Filialdakı təlim, tədris prosesinin üstünlükləri hansılardır?
-İnzibati işçilərimizin və müəllimlərimizin dərslərə ciddi və məsuliyyətlə yanaşması, hər bir şagirdə fərdi yanaşma, eləcə də valideyn, müəllim və rəhbərliyin hər zaman ünsiyyətdə olması bizim üstünlüklərimizin bir qismidir. Həmçinin, zəif şagirdlər üçün əlavə dərslər təyin olunur ki, bu da proqramdan nisbətən geri qalan uşaqların inkişafına yaxşı təsir edir.
- Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətlər həyata keçirirsiniz?
-Şagirdlərimizin həm öyrənməsi, həm də əylənmələri üçün bilik yarışlarının, bayramların təşkili, eləcə də müxtəlif rayonlara gəzintilərimiz təşkil olunur.
-Valideynlərlə əməkdaşlıq necə qurulur?
- Şagirdlərin dərslərə hazırlığı barədə hər həftə və hər ayın sonu valideynlərə məlumat verilir, qismən zəif şagirdlərin nəticələrini yüksəltmək üçün müəllim-valideyn görüşləri keçirilir. Valideynlər hər gün dərs başlayandan 10 dəqiqə ərzində övladının dərsdə olub-olmaması haqqında məlumatlandırılır. Sınaq imtahanlarından sonra valideynlərlə əlaqə saxlanılıb nəticələri haqqında məlumat verilir.
Sumqayıt filialı bütün kollektivi ilə şagirdlərin tədris və tərbiyəsinin inkişafına, müasir dünya ilə ayaqlaşmalarına, yüksək texnologiyaları öyrənmələrinə töhfələrini verməyə çalışır. Məqsədimiz yüksək intellektli, müasir bilikli və milli hisslərə malik vətəndaş yetişdirməkdir.
-Fəaliyyətinizdə uğurlar arzulayırıq!
Kaspi.edu.az