XƏBƏRLƏR

"Tədrisin keyfiyyətli olması ən prioritet məsələlərdəndir"

Kaspi 28 May -Mərkəz Filialda valideynlərlə əməkdaşlıq səmimi və möhkəm bağlar üzərində qurulur

Kaspi Abituriyent Hazırlığının 28 May-Mərkəz filialı 2022-ci ildən fəaliyyətə başlayıb. Cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq, Filial böyük  uğurlara imza atıb. 2022/23-cü tədris ilinin və qəbul imtahanlarının yekun nəticələri də bunu deməyə əsas verir.

Kaspi Abituriyent Hazırlığı 28 May-Mərkəz filialının rəhbəri Vasif İsrafilov kaspi.edu.az-ın suallarını cavablandıraraq təhsil müəssisəsinin qarşıdakı planlarından danışıb:

-Vasif müəllim, ötən tədris ili filial üçün hansı göstəricilərlə yadda qaldı?

- 2022-2023-cü tədris ilini müvəffəqiyyətlə başa vurduq. Bir il ərzində məzunlarımız ali məktəblərə qəbul olaraq 100%-lik nəticə göstərib. Bu münasibətlə tələbə adını qazanmış hər bir abituriyenti Kaspi ailəsi adından təbrik edirəm. Bu uğur filialda çalısan peşəkar müəllim kollektivinin yorulmaz zəhmətinin və məzunlarımızın  gərgin çalışmalarının nəticəsidir. Bu birliyin sonunda bizi sevindirən xoş nəticələr var.

- Demək olar ki, Abituriyentlər sizin etimadınızı tam doğruldublar...

-Filialımızda Abituriyent Məktəbli və Poliqlot şöbələri var. Tədris Azərbaycan və Rus bölmələri üzrə həyata keçirilir. Filialımızda peşəkar müəllim heyəti çalışır. Valideynlər bizə etimad göstərdiyi üçün öz adımdan, eləcə də kollektivimiz adından təşəkkür edirəm! Hər bir filialda olduğu kimi 28 May-Mərkəz filialında da tədrisin keyfiyyətli olması  bizim üçün ən prioritet məsələlərdən biridir. Hər bir şagirdin, hər bir məzunun uğuru bizim uğurumuzdur.

- Hazırkı tədris ilinə hansı yeniliklərlə start vermisiniz?

-Abituriyent və məktəblilər üçün hər ayın sonu sınaq imtahanları təşkil edilir. Sinaq imtahanında iştirak etmək  üçün Onlayn Bilet Satışını təşkil etmişik. Hesab edirik ki, bu valideyn və abituriyentlər üçün əlçatan olacaq. Bu ildən Məktəblilər üçün keçiriləcək Sınaq imtahanlarının formatında dəyişiklik olub. Ümid edirəm ki, bu, şagirdlərimiz üçün bir yenilik olacaq.

-Filialdakı təlim tədris prosesinin üstünlükləri hansılardır?

-Hər il Təcrübə Proqramına start veririk. Gənc təcrübəçi müəllimlər sıralarımıza qoşulur və bizə yaxından dəstək olurlar. Zəif nəticə göstərən abituriyentlərlə dərsdən əlavə məşğul olmaq imkanımız olur ki, bu da çox müsbət addımdır. Xatırladım ki, Kaspi nəşrləri abituriyentlərə Şirkət tərəfindən verilir. Bu da tədris zamanı onların biliyinin artmasında yardımçı olur.

-Şagirdlərin sosial fəaliyyəti üçün dərsdənkənar hansı fəaliyyətləri həyata keçirirsiniz?

- Tədris ili boyunca müxtəlif vaxtlarda turlar təşkil edirik. Şagirdlər arasında müxtəlif bilik yarışları, Breyn-ring yarışı və s. oyun və müsabiqələr keçirilir. Kursdaxili müxtəlif əyləncəli yarışlarımız olur. Şagirdlər dərsdənkənar vaxtlarında sosial fəaliyyətə böyük maraq göstərirlər. Bu da onların intellektual baxımdan inkişafına və sosiallaşmalarına dəstək olur.

-Filialda valideynlərlə əməkdaşlıq necə qurulur?

-Valideynlərlə əməkdaşlığı ilk gündən səmimi və möhkəm bağlar üzrə qurmağa çalışırıq. Əgər belə olmasa, gördüyümüz xidmət sahəsinin heç bir nəticəsi olmayacaq. Qarşılıqlı birgə əməkdaşlıq vacib amillərdən biridir.

Filialımız adından 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, bu şərəfli işlərində uğurlar arzulayıram!

Kaspi.edu.az

 

04.10.2023