Kaspi Abituriyent Hazırlığı kurslarında psixoloji dəstək xidmətinin rolu
Pedaqoq-Psixoloq xidməti daha da təkmilləşir
Kaspi Abituriyent Hazırlığı kurslarında dərslərə start verilib. Tədris Azərbaycan və rus bölmələrinin VIII, IX, X və XI sinif abituriyentləri və əvvəlki illərin məzunları üçün həyata keçirilir.
Kaspi Abituriyent Hazırlığı kurslarının xidmətləri içərisində müəllimlərə, valideynlərə və abituriyentlərə dəstəkverici bir çox fəaliyyətlər mövcuddur. Bu xidmətlərdən biri də məhz Pedaqoq-Psixoloq xidmətidir. Abituriyent hazırlığı sahəsində zəngin təcrübəsi olan Kaspi kurslarında bu xidmət də uzun illərdir ki, təkmilləşib və tədrisin keyfiyyətinin artırılması ilə bağlı mütəmadi olaraq öz töhfəsini verir.

Kaspi Abituriyent xidməti üzrə psixoloq İlkin Əliyev Kaspi kurslarında həyata keçirilən pedaqoq-psixoloq xidməti haqqında kaspi.edu.az-ın suallarını cavablandırıb
-İlkin müəllim, yeni tədris ili başlayır. Abituriyent kurslarında isə hazırlıqlara artıq start verilib. Təhsildə psixoloji xidmətin əhəmiyyətini necə dəyərləndirərdiniz?
-Psixoloji xidmət təhsil sahəsində və xüsusilə məqsədi qəbul imtahanlarına hazırlaşmaq olan abituriyent hazırlığı prosesində çox əhəmiyyətli rol oynayır. Bu xidmətin vacibliyini bu şəkildə qeyd edə bilərik:
- Abituriyentlərə dəstək: psixoloji dəstək xidməti abituriyentlərə təhsil prosesində və eləcə də həyatlarında kömək edir. Abituriyentlərdə stressin azaldılması və öyrənmə bacarıqlarının inkişaf etməsini təmin edir;
- Valideynlərə dəstək: psixoloji dəstək xidməti valideynlərə övladları ilə əlaqələrinin inkişafını dəstəkləmək və sağlamlaşdırmaq üçün tövsiyələr verir və yol göstərir;
- Müəllimlərə dəstək: müəllimlərə təlim və məsləhətləşmələr vasitəsi ilə abituriyentlərin davranışını anlamağa və problemləri həll etməyə kömək edir;
- Tədrisin keyfiyyətinin artırılması: psixoloji dəstək xidməti abituriyentlərin bütün psixoloji narahatlıqlarının müşahidə edilməsi və aradan qaldırılması üçün önəmli dəstək mənbəyidir.
-Təhsildə psixoloqun rolu və vəzifələri nədən ibarətdir?
-Təhsildə psixoloqun rolu və vəzifələri haqqında qısa şəkildə məlumat versək, aşağıdakı vacib məqamları qeyd etməliyik:
- Psixoloji müşahidə və təhlillərin aparılması: psixoloq abituriyentlərin davranışını müşahidə və təhlil edir. Mövcud problemlərin müəyyən olunması, məsələlərin daha yaxşı anlaşılması və terapiyanın təmin olunmasına kömək edir;
- Görüşlər və məsləhətlər: psixoloq abituriyentlərlə görüşlər keçirərək, onlara məsləhət və tövsiyələr verir, abituriyentlərin problemlərini həll etməyə, stress və həyəcanı azaltmağa kömək edir.
- Psixoloji sağlamlığın təminatı: psixoloq abituriyentlərin psixoloji sağlamlığını təmin edilməsi istiqamətdə fəaliyyətlər həyata keçirir; depressiya, həyəcan və digər psixoloji problemlərə qarşı abituriyentlərin dözümlülüyünü artırır;
- Təhsilin məhsuldarlığının təmin edilməsi: psixoloq abituriyentlərin psixoloji sağlamlığına diqqət edərək, təhsilin məhsuldarlığının da artırılmasına və abituriyentlərin daha yaxşı nəticələr əldə etməsinə dəstək olur;
- Təhsilin idarə edilməsində qarşılıqlı fəaliyyət: psixoloq müəssisənin inzibati və rəhbərlik heyəti ilə əməkdaşlıq edərək, abituriyentlərin psixoloji tələbatlarına və problemlərinə uyğun tədbirlərin görülməsinə kömək edir;
-Psixoloqların istifadə etdiyi əsas bacarıqlar hansılardır?
-Professional bir psixoloqun istifadə etdiyi əsas bacarıqlar bunlardır:
- empatiya qurmaq
- dinləmək
- ünsiyyət qurmaq
- sirr saxlamaq
- güvənili olmaq
- müşahidə etmək
- təhlillər aparmaq
- müxtəlif psixoloji test və sorğulardan istifadə etmək
- situasiyaya fərqli sferalardan yanaşmaq
- problemlərin həll yollarını tapmaq və bir sıra digər bacarıqlar
-Təhsil prosesində psixoloqlar öz işlərini hansı xüsusi üsullarla həyata keçirirlər?
-Təhsildə psixoloqlar öz vəzifələrini müxtəlif üsullarla yerinə yetirirlər. Bunlara aiddir:
- Müsahibələr və sorğular: müəllimlər və abituriyentlərlə müsahibələr və sorğular keçirərək, onların narahatlıqları, problemləri öyrənilir və tövsiyələr verilir;
- Təlim və seminarlar: abituriyentlərin öyrənmə bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif mövzular üzrə təlimlər və seminarlar keçirilir;
- Qrup fəaliyyətləri, qrup işləri: bu zaman abituriyentlərinin davranışları müşahidə olunur, onların sosial və psixoloji problemlərinin müəyyən olunması istiqamətində qərarlar qəbul edilir;
- Abituriyentlərə fərdi dəstək göstərmək: abituriyentlərə fərdi dəstək təmin etməklə, onlara psixoloji narahatlıqların öhdəsindən gəlməkdə kömək edilir;
- Psixoloji təhlil və araşdırmalar: abituriyent davranışlarını və tədris prosesini daha yaxşı anlamaq üçün təhlil və araşdırmalar keçirilir. Əldə olunan nəticələrin tətbiq olunması ilə tədris prosesi daha da yaxşılaşdırılaraq, abituriyentlərin nəticələrinin yüksəldilməsinə nail olunur.
-Təhsil mühitində abituriyentlərə sosial yönümlü davranışların aşılanmasını hansı yollarla həyata keçirəcəksiniz?
-Bunun üçün abituriyentlərlə aşağıdakı fəaliyyətlərin təşkil olunmasını planlaşdırırıq:
- Abituriyentlər üçün təcrübə və tədqiqatların təşkil olunması
- Abituriyentlərin sosial tədbirlərdə və layihələrdə iştirakı
- Abituriyentlər üçün qrup şəklində oyun və yarışların keçirilməsi
- Abituriyentlərə məsləhət verib rəhbərlik edərək, sosial davranışların inkişaf etdirilməsi üçün fəaliyyətlərin həyata keçirilməsi
Kaspi Abituriyent hazırlığı kurslarında Pedaqoq-Psixoloq Xidmətinin ali məqsədi abituriyentlərin psixoloji və emosional sağlamlığını təmin etmək, onları sınaq stressi ilə başa çıxmağa kömək etmək, DİM tərəfindən keçirilən Buraxılış və Blok imtahanlarına daha yaxşı hazırlaşmağa və performanslarını artırmağa yardım etməkdir.

Kaspi.edu.az