XƏBƏRLƏR

Övladlarınızın uğurlu nəticə əldə etməyini istəyirsinizsə...

Kaspi Abituriyent kurslarını seçin!

“Bu günün Kaspi abituriyenti sabahın universitet tələbəsidir” şüarı illərin sınağından yüksək nailiyyətlərlə çıxıb. 2022/23-cü tədris ilinin qəbul imtahanlarında Kaspi abituriyentlərinin, həmçinin hazırda Kaspi Hazırlıq kurslarında təhsil alan şagirdlərin sınaq imtahanlarının uğurlu nəticələri, onların yüksək hazırlıq səviyyəsi bu uğuru təsdiq edir.

Kaspi Abituriyent Kurslarını bitirən abituriyentlər və hazırda bu kurslarda təhsil alan şagirdlərin valideynləri isə Kaspi Abituriyent Kurslarının rəhbər və müəllim heyətinə yüksək peşəkarlığa və təlim-tədrisə görə minnətdarlıq edirlər. Onlar həmçinin övladlarının yüksək təhsilə yiyələnməsini istəyən valideynləri Kaspi kurslarının peşəkar xidmətindən yararlanmağa dəvət edirlər.

Valideynlər Kaspi Abituriyent hazırlıqları ilə bağlı təəssüratlarını kaspi.edu.az-a bölüşdülər:

Kaspi Abituriyent Kurslarını seçin!

Kaspi Abituriyent Kurslarında təhsil alan Əli Cəfərovun anası Xatirə Cəfərovanın bu kurslarla tanışlığı təsadüfi olmayıb: “Qardaşım uşaqları Kaspi kurslarında oxuyandan və yüksək nəticə ilə ali məktəblərə daxil olandan sonra bu kursların yüksək səviyyəsinə bələd oldum. Mən də qərara gəldim ki, oğlumun təhsilini Kaspi kurslarına həvalə edim. Keçən il qızım Leyla Kaspi kurslarını bitirəndən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Artıq oğlum da iki il idi ki, Kaspi kurslarında təhsil alırdı. Budur, yüksək balla  ailəmizi sevindirdi. Buna görə də bu kurslarda çalışan peşəkar müəllimlərə təşəkkürümü bildirir və üzümü valideynlərə tutub: “Əziz valideynlər, övladlarınızın uğurlu nəticə əldə etməyini istəyirsinizsə, Kaspi Abituriyent Kurslarını seçin”-deyə tövsiyə edirəm.

Bu sevinci ailəmizə yaşatdığına görə...

Aysu Salmanovanın valideyni Sevda Salmanova da Kaspi Abituriyent Kurslarının ailələrinə gətirdiyi sevinci bölüşür: “Kaspi Abituriyent Kurslarının elanı ilə internetdə tanış oldum və övladımı yazdırdım. Artıq 3 ildir ki, qızım Aysu bu kurslarda təhsil alırdı. Hər ay sınaq imtahanında iştirakı onun biliyini ortaya çıxarır və özünə əminliyi artırırdı. Kaspi kurslarının üstünlüyü ondadır ki, müəllimlər sınaq imtahanlarında şagirdlərə psixoloji dəstək olur, uşaqlar da özlərini güvənli hiss edirlər. Aysu da qəbul imtahanlarından yüksək bal topladı. Bu sevinci ailəmizə yaşatdığına görə Kaspi kurslarının müəllim və rəhbərliyinə minnətdarıq!”

Valideynlərə məsləhətim budur ki...

Valideyn Nadir Mənsimov iki övladının hazırlığı üçün sosial şəbəkələrdə xeyli araşdırma apardığını deyir: “Nəhayət, Kaspi Abituriyent Kursları ilə bağlı məlumat əldə etdim və uğurlu nəticələrlə tanış oldum. Qərara gəldim ki, övladlarım Nəzrin və Əlizadəni bu kurslara yazdırım. Uşaqlarımı sınaq imtahanına gətirdim və nəticə məni qane etdi. Hər iki övladım kurslarda endirim əldə etdi. Kaspi kurslarında təhsil məni qane edir. Şagirdlər əyani vəsaitlə təmin olunurlar. Müəllimlər peşəkardır, şagirdlərə sevgi və qayğı ilə yanaşırlar. Valideynlərə məsləhətim budur: Kaspi Abituriyent Kurslarını seçin və övladlarınızın uğurlu nəticə əldə edəcəyinə əmin olun!”

Mükəmməl hazırlıq

“10 il əvvəl qızım Jaləni Kaspi-nin məktəbəqədər şöbəsinə yazdırdıq”-deyə valideyn Gülnarə Hüseynova Kaspi Hazırlıq Kurslarındakı təhsildən razı qaldığını bildirir: “İkinci övladım Yəhyanı da Məktəbəqədər şöbəyə yazdırdım. Hazırda Kaspi-nin “Məktəbli” şöbəsində 6-cı sinifdə təhsil alır. Jalə isə10-ci sinfi bitirir. Onun gələn tədris ilində tələbə adı qazanacağına əminəm”. Gülnarə xanım bildirir ki, Kaspi kurslarında müəllimlərlə abituriyentlər arasında sıx ünsiyyət şagirdlərin hazırlıqlarının mükəmməl olmasına kömək edir: “Mütəmadi olaraq uşaqlarımız haqda bilgilər alırıq. Müəllimlər çox peşəkardır. Bu da övladlarımızın daha yaxşı hazırlığına, fənlərə dərindən yiyələnmələrinə kömək edir. Valideynlərə tövsiyə edirəm ki, uşaqlarının gələcək təhsillərinin uğurlu olmasını istəyirlərsə, Kaspi-ni seçsinlər!”

Dərin biliklərə yiyələnmək

Valideyn Dilarə Səmədzadə iki qızının -Rübabə və Nuridənin Kaspi Abituriyentdəki hazırlıqlarından çox məmnundur: “Hər bir valideyn kimi mən də övladlarımın keyfiyyətli təhsil almasını istəyirəm. Bunun üçün  araşdırmalara başladım. Kaşpı-nın əldə etdiyi uğurlar məni valideyn olaraq qane etdi və uşaqlarımı bu kurslara etibar etdim. Qazandıqları yüksək nəticələrə görə övladlarım növbəti tədris ilindən dərslərini ödənişsiz davam etdirəcəklər”. Valideyn deyir ki, Kaspi kurslarında şagirdlərin asudə vaxtlarının da səmərəli keçməsinə, onların sosiallaşmasına şərait yaradılır: “Valideynlərə üzümü tutub deyirəm ki, əgər övladlarının yüksək  nəticələr əldə etmələrini, sosiallaşmasını, dərin biliklərə yiyələnmələrini və nüfuzlu ali məktəblərin tələbəsi adını qazanmalarını istəyirlərsə, Kaspi Abituriyentin tələbəsi olmağa tələssinlər!”

Şagirdlərə fərdi yanaşma

Kaspi Abituriyent Kurslarında təhsil alan Nərmin Cəfərovanın bacısı Aydan Cəfərova da Kaspi kurslarının məzunudur. 2018-2020-ci illərdə bu kurslarda təhsil alıb. Yüksək nəticə əldə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakültəsinə daxil olub: “Valideynlərim mənim nəticələrimdən ruhlanaraq bacım Nərmini də bu kurslara yazdırdılar. Kaspi-də müəllimlərin hər bir abituriyentə fərdi yanaşması var və hər ay keçirilən sınaq imtahanları şagirdlərin inkişafında mühüm rol oynayır. Müəllimlər həmçinin şagirdlərə psixoloji dəstək göstərirlər.  Valideynlərə səslənirəm: “Övladlarınızın mən və bacım kimi yüksək nəticə əldə etmələrini istəyirsinizsə, sizin də seçiminiz Kaspi Kursları olsun!”

Yüksək tələbkarlıq

Kaspi abituriyenti Günay Hüseynovanın bibisi Aygün Cabbarova Kaspi Hazırlıqlarının yüksək səviyyəsindən məmnunluğunu ifadə edir: “Günay 3-cü qrup üzrə hazırlaşır. İndiyə qədər fərdi şəkildə hazırlıqlara gedirdi, amma nəticə bizi qane etmirdi. Kaspi kurslarının nəticələri ilə tanış olduqdan sonra Günayı bu kurslara yazdırdıq. Günayın nəticələri gün-gündən yüksəlir və bizim ümidimizi artırır”. A.Cabbarova qeyd edir ki, bu kurslarda müəllimlərin tələbkarlığı ilə yanaşı direktorun da ciddi nəzarəti var: “Müəllimlərin şagirdlərlə yaxından ünsiyyəti, tələbkarlığı bizə böyük ümidlər verir. Belə tələbkarlıq və peşəkarlıq inanırıq ki, sonda bizi sevindirəcək”.

Valideynlərlə sıx ünsiyyət

Məmmədova Nurcanın bacısı Sevil də Kaspi  kurslarında təhsil alıb. Hazırda 2-ci kurs tələbəsidir: “Hər ikimiz Kaspi kurslarında 3 il təhsil almışıq və qəbul imtahanlarında da yüksək nəticə göstərmişik. Bu kursların üstünlüyü odur ki, şagirdlərin davamiyyəti haqqında valideynlərə mütəmadi məlumat verilir. Müəllimlər valideynlərlə sıx əlaqə qururlar. Hər kəsə tövsiyə edirəm ki, heç bir tərəddüd etmədən Kaspi Abituriyent Kurslarını  seçə bilərlər!

Hər ay sınaq imtahanları

Asif Həbilovun valideyni Aygün Həbilova “Yaxşı ki, övladımızı Kaspi kurslarında oxuması qərarını vermişik. Asif qəbul imtahanında yüksək bal toplayaraq bizi sevindirdi. Bu kurslarda nizam-intizamın yüksək səviyyədə olması, hər ay sınaq imtahanlarının keçirilməsi bizi qane etdi. Müəllimlər peşəkar və tələbkardır. Valideynlərə tövsiyə edirəm ki, onlar da Kaspi hazırlığın xidmətindən yararlansınlar. Yüksək nəticə onları gözləyir!”

Kaspi inamımızı doğrultdu!

Elvin Bayramovun anası Sevda xanım Kaspi Hazırlıq Kurslarının elanını radiodan eşidib: “Kaspi bizə endirim təklif etdi və biz bu fürsətdən yararlandıq. Övladım sınaq imtahanlarında hər ay iştirak edirdi. Bu çalışqanlıq və müəllimlərin tələbkarlığı öz nəticəsini göstərdi. Oğlum yüksək bal topladı. Buna görə bütün müəllimlərə təşəkkürümü bildirirəm! Kaspi inamımızı doğrultdu!”

Kaspi.edu.az

 

04.08.2023