Təhsil tələbə krediti üzrə müraciətlərə start verilir
2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilərlər
20 iyul saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır. 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.
Kaspi.edu.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.
Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz: www.e-ttkf.edu.az
kaspi.edu.az
