Təhsil naziri Kolumbiya Universitetinə qəbul alan Kaspi məzunu ilə görüşdü
Vahab Cəbrayılov Kaspi Abituriyent Hazırlığının məzunudur
Elm və təhsil naziri Emin Əmrullayev İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq “Prezident təqaüdçüsü” adını qazanan Vahab Cəbrayılovla görüşüb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib: “Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram”.
.jpg)
Kaspi.edu.az xəbər verir ki, Vahab Cəbrayılov 2017-ci ildə Kaspi Abituriyent Hazırlığının məzunudur. Bu il isə Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzunu olub. O, ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura qəbulu alıb. Eyni zamanda Vahab Cəbrayılova professor köməkçisi kimi çalışmaq təklif olunub.
.jpg)
Məzunumuza gələcək təhsilində uğurlar arzulayırıq!
Kaspi.edu.az